Avstraliyada bu həşəratların artması alimləri sevindirdi
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Avstraliyanın cənub-şərqində boqonq güvələrinin sayının kəskin artması nəsli kəsilmək təhlükəsi ilə üzləşən bəzi canlı növlərinin bərpasına ümid yaradıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, qanad uzunluğu 5 santimetrə çatan boqonq güvələri son illərdə ciddi populyasiya azalması ilə üzləşib. Bu həşəratlar yaz aylarında Avstraliya Alp dağlarındakı mağaralara çatmaq üçün üç min kilometrədək məsafə qət edir.
Bu il isə güvələr yenidən çox sayda ortaya çıxıb. Onların dəstələri Avstraliyanın şərq sahili boyunca, o cümlədən Yeni Cənubi Uels ştatının paytaxtı Sidneydə həyətlərə və evlərə dolub.
Yeni Cənubi Uels parlamentinin Monaro bölgəsindən deputatı Stiv Van güvələrin geri qayıtmasını müsbət hal kimi qiymətləndirib. Onun sözlərinə görə, boqonq güvələri ekosistemdə mühüm rol oynayır, cırtdan opossumlar kimi yerli canlıların qidalanmasına kömək edir və evkalipt ağaclarını tozlandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















