Icma.az
close
up
RU
Ayxan Abbasov: “Sevindim ki, üç gün ərzində futbolçular toparlandı, komanda xarakter göstərdi”

Ayxan Abbasov: “Sevindim ki, üç gün ərzində futbolçular toparlandı, komanda xarakter göstərdi”

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Bilirdik ki, dörd oyunun hamısı çətin olacaq. Buna hazırlaşmışdıq. Əsas odur ki, ciddi zədəmiz olmadı və heç bir matçda uduzmadıq. Lixtenşteynlə görüşdən sonra çətin idi. Bəlkə də o oyunda qalib gəlib, bu matçda uduzsaydıq, qələbənin əhəmiyyəti itə bilərdi. Bərabərlik bizi çox üzmüşdü. Futbolçularda inamsızlıq görünürdü. Sevindim ki, üç gün ərzində futbolçular toparlandı, özlərinə inandılar. Rəqib də bura möhkəm gəlmişdi. Güclər bərabər idi. Bu gün meydançada çox hadisələr oldu. Gənc futbolçular ilk dəfə oynadılar, təcrübəlilər daha da yaxşı çıxış etdilər. Komanda uduzmaq istəmirdi, xarakter göstərdi. Bu da çoxdandır ki, yox idi. İnanıram ki, noyabrdakı iki rəsmi matçı məğlub olmadan, qalib gələrək, bu ili başa vurarıq".

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasının Litva(1:0) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb. 

- Bədavi Hüseynov 35 yaşı olmasına baxmayaraq, sona qədər mübarizə apardı. Mahir Emreli son saniyəyə kimi müdafiəyə kömək edirdi. Bəs, Vüsal İsgəndərli nə etmək istəyirdi?

- Həqiqətən çətindir. Məşqçi üçün böyük təcrübə, böyük roldur. İnanın hərdən öz-özümə fikirləşirəm ki, başqa cür olmuşam. Mənim üçün əsas meydançada patriot olmaqdır. Bədavi Hüseynov hər iki matçda da çox yaxşı çıxış etdi. Nə qədər də yaxşı hallar olsa, çatışmayan cəhətlərimiz var...İkinci qolu vura bilərdik. İlk dəfə millidə başlayanda, futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Son matçlarda cərimə meydançasının içində top itiririk. Vaxt lazımdır. Bəlkə də bu gün həyəcana görə səhvlər oldu. Yaxşı olar.

- Rəqibin baş məşqçisi bildirdi ki, VAR bütün qərarları Azərbaycanın xeyrinə verdi...

- Birinci oyunda 100 faiz deyirəm, litvalı futbolçu birinci Emil Səfərovun ayağını tapdalamışdı. VAR müdaxilə etməmişdi. Bəlkə də penalti olmasaydı, biz orada qalib gələcəkdik. Biz bunları heç orada bəhanə etmədik. Olur da, baş məşqçidir, oyundan sonra nəsə deməlidir. Mən də hərdən deyirəm. 

- Oruc Məmmədovu start heyətində meydana buraxmağınız gözlənilməz oldu və bir az fərqli mövqedə oynadı. Bu nəyə hesablanmışdı?

- “Şamaxı”da Orucu bu mövqedə sınamışam. Bir çox oyunlarda oynayıb. Bilirdim ki, oynaya bilər. Biz məşqçilər heyət qurmaqda çox fikirləşdik. Dünən gecə qərar verə bilmirdik. Yorğunluq var idi, hər kəs oynamaq istəyirdi. Renat Dadaşov bu gün ağrılarla oynadı, amma dedi ki, kömək etmək istəyirəm. Kömək də etdi. Orucu qazandıq. Bilirəm ki, risk idi. Bəlkə də uduzsaydıq, suallar olacaqdı ki, “belə ağır oyunda Oruca nəyə görə güvəndiz?”. Amma biz məşqçilər də risk etməli, güvənməliyik. Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar? Rüfət Abbasov, Oruc Məmmədov, digərləri...Yavaş-yavaş qazanırıq.
 

- Lixtenşteyn matçından sonra demişdiz ki, müqaviləniz qışa qədərdir. Qrup birinciliyi və bu qələbə millidəki gələcəyinizə nə dərəcədə təsir edəcək?

- Vallah o barədə fikirləşmirəm. Bu turnir bitməlidir. Ondan sonra hansı qərar olacaqsa, razılaşacağıq. Millidə bir oyunda baş məşqçi olmaq da mənim üçün şərəfdir. Sağ olsunlar mənə güvəndilər. Ağır yük, ağır yol idi. Hər dəfə bu söhbət olur, özüm üçün də yaxşı deyil, bunu təkrarlamaq. Fransa millisi ilə oyunqabağı söhbətləri xatırlayırsız da...Həmin ərəfədə rəhbərlik inandı. Onda da U-21 yığmasında çalışırdım. Bu barədə hansısa problem olmayacaq. Müqavilə bitdikdən sonra artırılmasa da, mənim üçün şərəf olacaq ki, Azərbaycan millisində çalışdım.

- Bu gün qazanılan qələbədən sonra Lixtenşteynlə görüşdə xal itirən yığmanı bağışlamaq olar?

- Futbolçulara da dedim ki, biz Lixtenşteyni udmağa məcbur idik. Futbolda olur da. Epizod olmasaydı, sönük olsaydılar, oyuna ciddi yanaşmasaydılar, başqa cür danışardım. Həyəcanlı idik...Çox istədik..Qəza idi...Belə oyunlar olur. Biz də özümüzdən güclü komandalarla bərabərə qalmışıq. Mənim üçün bu oyun vacib idi. Həqiqətən gördüm ki, komanda olaraq məsuliyyəti dərk etdik. Millidən qələbə istəyirlər. Az da olsa, azarkeşlərimizi sevindirdik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Oktyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri