Icma.az
close
up
RU
Az Çəki, Çox Həyat : Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir

Az Çəki, Çox Həyat : Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Bakı, Azərbaycan, 3 iyun 2026-cı il – Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti Novo Nordisk Azərbaycanda mühüm bir mərhələni qeyd edərək piylənmə ilə yaşayan insanlar üçün "Live Lighter – Az Çəki, Çox Həyat" kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib.

Tədbir səhiyyə liderlərini, dövlət qurumlarının nümayəndələrini, media təmsilçilərini və ictimaiyyət nümayəndələrini bir araya gətirərək ölkənin ən aktual, lakin çox zaman yanlış başa düşülən sağlamlıq problemlərindən biri olan piylənmənin tibbi, sosial və ictimai səhiyyə baxımından təsirlərinin müzakirəsinə həsr olunub.

Qlobal miqyasda olduğu kimi, Azərbaycanda da yayılma səviyyəsi artmaqda olan piylənmə hələ də çox vaxt yalnız şəxsi məsuliyyət və həyat tərzi seçimi kimi qiymətləndirilir. Bu yanaşma isə bir çox hallarda vaxtında və düzgün tibbi yardımın alınmasını gecikdirə bilər. Piylənmə 200-dən çox tibbi vəziyyətlə, o cümlədən 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək və qaraciyər pozğunluqları, eləcə də bəzi xərçəng növləri ilə yaxından əlaqələndirilir. Bu hallar insanların uzunmüddətli sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərməklə yanaşı, səhiyyə sistemləri üzərində də artan yük yaradır.

Bu kontekstdə Novo Nordisk orijinal semaqlutid tərkibli yeni GLP-1 preparatının Azərbaycanda istifadəyə təqdim olunduğunu bildirir. Preparatın ölkəmizdə əlçatan olması həkim nəzarəti altında fərdiləşdirilmiş müalicə imkanlarını genişləndirməklə yanaşı, piylənmə ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsinə də töhfə verə bilər. Yeni təqdim olunan preparat piylənmə ilə yaşayan insanlar üçün nəzərdə tutulmuş həftədə 1 dəfə istifadə edilən müalicə vasitəsidir. Preparatın istehsal prosesi Danimarkada yerləşən, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış nüfuzlu istehsal müəssisələrində həyata keçirilir və ABŞ Qida və Dərman Administrasiyası, Avropa Dərman Agentliyi daxil olmaqla aparıcı qlobal tənzimləyici orqanlar tərəfindən təsdiqlənib. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də rəsmi təsdiqini almışdır.

Orijinal semaqlutid həm klinik tədqiqatlarda, həm də real klinik praktikada geniş şəkildə öyrənilib və bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir.

Tədbirdə çıxış edən Danimarkanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Ole Toft səhiyyə sahəsində daha yaxşı nəticələrə nail olmaq üçün tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:

"Piylənmə kimi kompleks sağlamlıq problemlərinin həlli əməkdaşlıq, innovasiya və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ortaq öhdəlik tələb edir. Danimarka səhiyyə innovasiyaları sahəsində güclü irsə malikdir və bu təcrübənin Azərbaycanın səhiyyə mühitində mənalı irəliləyişə töhfə verdiyini görmək sevindiricidir."

"Piylənmə artıq səhiyyə müzakirələrinin kənarında qalmamalıdır," – deyə Novo Nordisk-in Azərbaycan üzrə rəhbəri Şule Erdim Ersoy bildirib. "Uzun müddət piylənmə yalnız iradə məsələsi kimi təqdim olunub. Halbuki elm bunun daha mürəkkəb tibbi vəziyyət olduğunu göstərir. Novo Nordisk diabet sahəsində 100 ildən artıq təcrübəyə və ciddi xroniki xəstəliklərin müalicəsində dərin biliklərə malik qlobal səhiyyə lideridir. Şirkət həmçinin piylənmə sahəsində üç onillikdən artıq müddətdə məqsədyönlü elmi tədqiqatlar aparır. Bizim üçün bu, yeni bir istiqamət deyil. Bu, elmə, məsuliyyətə və pasiyent təhlükəsizliyinə əsaslanan uzunmüddətli öhdəlikdir."

EASO ECN-in Azərbaycan üzrə İdarə Heyətinin üzvü, piylənmə müalicəsi üzrə mütəxəssis həkim Emil Hidayətli bildirib:

"Bir çox pasiyent üçün piylənmə və artıq çəki sadəcə həyat tərzi seçimlərinin nəticəsi deyil. Heç kim bu vəziyyəti özü seçmir - bu bir xroniki haldır. Hər pasiyentin yolu fərqlidir və bir çox insan üçün çəkinin idarə olunması bioloji səbəblərə görə çətin olaraq qalır. Piylənmə ilə yaşayan insanları həkimləri ilə danışmağa və peşəkar tibbi dəstək almağa təşviq edirəm."

Novo Nordisk Azərbaycanın Tibbi Meneceri Aytən Aslanovanın sözlərinə görə: "Semaqlutid tərkibli GLP-1 preparatı piylənmənin müalicəsində yalnız çəki azalmasına deyil, xəstəliyin daha kompleks idarə olunmasına yönəlmiş elmi əsaslı yanaşmanı təmsil edir. Klinik tədqiqatlar semaqlutidin bədən çəkisinin əhəmiyyətli və davamlı azalmasına kömək edə biləcəyini, həmçinin müəyyən pasiyent qruplarında ürək-damar sağlamlığı baxımından əlavə klinik faydalar göstərdiyini ortaya qoyur."

Novo Nordisk haqqında

Novo Nordisk 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir. Şirkətin məqsədi diabet sahəsindəki irsinə əsaslanaraq ciddi xroniki xəstəliklərə qalib gəlmək üçün dəyişikliklərə təkan verməkdir.

Novo Nordisk bu məqsədi elmi yeniliklərə öncülük etməklə, dərmanlara çıxışı genişləndirməklə, xəstəliklərin qarşısının alınması və nəticədə onların müalicəsi istiqamətində çalışmaqla həyata keçirir. Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.

Novo Nordisk Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində şirkətin əsas diqqəti diabetlə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib. Bu gün Novo Nordisk həmin uzunmüddətli təcrübə və elmi əsaslı yanaşmanı piylənmə ilə mübarizə sahəsinə də tətbiq etməklə Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see469

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see368

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see319

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see270

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16 İyun 2026 18:28see258

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

16 İyun 2026 17:50see224

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

16 İyun 2026 18:20see215

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see171

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see167

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see166

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see165

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see164

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see160

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see159

Dünyanın ən hündür qadını 30 il səhv diaqnozla yaşayıb: həkimlər yanılıb “Daily Star“

16 İyun 2026 15:53see158

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see157

Fidan və Lavrov Bakı İrəvan sülh prosesini müzakirə ediblər

16 İyun 2026 18:05see156

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see156

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see155

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri