AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin bazarı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) maraq göstərdiyi istiqamətlərdən biridir və gələcəkdə bu ölkə üzrə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib.
Bildirilib ki, AZAL marşrut şəbəkəsinin inkişafı üzrə davamlı təhlillər aparır və müxtəlif istiqamətlər üzrə yeni imkanları dəyərləndirir.
"Yeni reyslərin açılması ilə bağlı qərarlar zəruri kommersiya və əməliyyat prosedurları başa çatdıqdan sonra qəbul edilir və konkret istiqamətlər barədə rəsmi məlumat yalnız yekun qərardan sonra açıqlanır", - deyə aviaşirkətin məlumatında qeyd edilib.
Qeyd edək ki, hazırda AZAL Bakıdan Pekinə həftədə 3 dəfə birbaşa uçuşlar həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 09 İyul 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















