Icma.az
close
up
RU
Azər Həsrət: “İran çox yaxında darmadağın olacaq, yeni müstəqil dövlətlər qurulacaq” KONKRET

Azər Həsrət: “İran çox yaxında darmadağın olacaq, yeni müstəqil dövlətlər qurulacaq” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son günlərdə İran – Azərbaycan sərhədinə raketlərin toplandığı ilə bağlı iddialar yayılıb. ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda SEPAH Azərbaycanla sərhəddə hərbi texnikanın hərəkətini əks etdirən görüntülər yayıb. SEPAH-ın kanalında paylaşılan videoda Xudafərin körpüsü üzərindən hərəkət edən hərbi yük maşınları görünür.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, İrana qarşı müharibə edən ABŞ və İsraildir.

O qeyd edib ki, İran bütün hərbi imkanlarını o iki dövlətə qarşı səfərbər etməlidir: “Üstəlik də Azərbaycan dinc qonşu dövlətdir və buradan İrana heç vaxt hərbi təcavüz təhlükəsi yoxdur, ola da bilməz. Üstəlik İranda bəzilərinin iddia etdiyi kimi, İsrail özünün hərbi bazalarını yerləşdirməyib və yaxud hasısa şəkildə İsrail Azərbaycan üzərindən İrana hücum edə bilməz. Hətta bunu etmək istəsə belə, alınan deyil. Çünki Azərbyacan ərazisinə gəlib çıxmaq üçün təbii ki, ya İrandan, ya da qardaş Türkiyə üzərindən keçməlisən. Nə İran, nə də Türkiyə İsrailə öz üzərindən keçib Azərbaycana gəlməyə icazə verər. Belə bir şəraitdə Azərbaycan razılaşsa belə, İsrail gəlib bizim ərazimizdən İrana hansısa şəkildə təcavüz edə bilməyəcək. Hələ nəzərə almaq lazımdır ki, Azərbaycan ümumiyyətlə İsrail də daxil olmaqla, heç bir dövlətin bizim ərazimizdən istifadə edərək qonşu İrana hücum etməsinə icazə vermir, verməyəcək. Belə bir şəraitdə SEPAH-ın sərhədimizdə gövdə göstərişi, əzələ nümayiş etdirməsi səviyyəsizlikdən başqa bir şey deyil. Həqiqətən də o qədər gülünc vəziyyətdədirlər ki, bu yolla insanların başını qatmaq istəyirlər ki, yəni görürsünüzmü biz hər şeyə hazırıq, hətta Azərbaycan tərəfindən təcavüz olarsa, ona da qarşı hazırlıq görürük və s. Ballistik raketlərdən söhbət gedirsə, ümumiyyətlə Azərbaycan sərhədlərinə o raketlərin gətirilməsi o deməkdir ki, bu adamlar nə etdiklərinin fərqində deyillər. Çünki həmin raketlər bir qayda olaraq uzaq mənzillidir, yəni o raketi Azərbaycan sərhədindən buraxsalar, Azərbaycan Respublikasının ərazisini keçib hansısa başqa ölkəyə gedib çıxacaq. Düzdür, qısa mənzilli  raketlər haqqında da danışılır, amma əsasən onların göstərdiyi görüntülərdən belə başa düşülür ki, uzaq mənzilli ballistik raketlərdir. Yəni Azərbaycan ərazisini vura bilməyəcək, keçib başqa ölkəyə çatacaq. Bu qədər gülünc vəziyyətdədirlər. Belə hadisələrə fikir verilməməlidir, amma sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq. Azərbaycan dövləti öz hərbi qüdrətini artırmağa davam etməlidir. Onsuzda İran gec-tez, düşünürəm, hətta çox yaxında darmadağın olacaq, qarışacaq yeni müstəqil dövlətlər qurulacaq. Bütün bunlar da bizim sərhədimizdə baş verəcəyinə görə biz də öz təhlükəsizlik tədbirlərimizi gücləndirməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri