Azərbaycan banklarının depozit portfeli 46,53 milyard milyon manat təşkil edib
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib.
Qaynarinfo Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur.
Depozit portfelinin 50,9 %-i, yaxud 23 milyard 420,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 17,8 % artaraq 18 milyard 211,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 37,5 % artaraq 4 milyard 420,7 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 25 milyard 255 milyon manatı (1 il əvvələ nisbətən 12,7 % çox) qısamüddətli, 20 milyard 798 milyon manatı (+9,3 %) isə uzunmüddətli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 03 Oktyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















