Azərbaycan diasporunun sədri vətəndaşlıqdan çıxarıldı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Samara vilayətində fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərarın səbəbi hələlik açıqlanmayıb.
Bildirilir ki, son dövrlər hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mütəşəkkil cinayətkar qruplarla mümkün əlaqələri araşdırılır.
Xatırladaq ki, ötən il Ulyanovsk şəhərində Azərbaycan diasporunun lideri İslam Hüseynov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.
Hazırda Şirvan Kərimov Samara Vilayətinin İctimai Palatasının üzvü və “Pravovoy Sovetnik” Samara Vəkillər Kollegiyasının vəkili kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















