Icma.az
close
up
RU
Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası KEÇİRİLDİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası KEÇİRİLDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Redaktor.az xəbər verir ki, sədr V.Zifəroğlu İH-nin yeni tərkibinin qarşısında bir sıra mühüm vəzifələrin icrasının dayandığını bildirib. O deyib ki, Mətbuat Şurası postsovet məkanında medianın ilk özünütənzimləmə strukturu kimi böyük yol keçib, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb və təşkilat gələcəkdə də media ictimaiyyətinin gözləntilərini doğrultmaq istiqamətində səylə çalışmalıdır. V.Zifəroğlu buna əmin olduğunu bildirməklə yanaşı, Şuranın işinin müasir dövrün çağırışlarına adekvat qurulmasının zəruriliyi üzərində dayanıb.

MŞ sədri onu da bildirib ki, Prezident İlham Əliyev çıxışlarında müasir dünyanın informasiya mühitindəki neqativ hallara diqqət çəkir. Dövlətimizin başçısının fikirləri həm yüksək maarifləndirici xarakterlidir, həm də mükəmməl yol xəritəsi mahiyyəti daşıyır. Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi mövcud məqamı əsas götürməli, ölkəmizin liderinin müəyyənləşdirdiyi strategiyaya əməli dəstək göstərməli, jurnalist peşəkarlığına dair beynəlxalq standartları ciddi şəkildə nəzərdən keçirərək, onların tətbiqi imkanlarını araşdırmalıdır. Mühüm vəzifələrdən biri də ölkəmizdə sağlam media mühitinin qərarlaşmasına layiqli töhfə verməkdir.

V.Zifəroğlu eyni zamanda vurğulayıb ki, MŞ İdarə Heyəti üzvlərinin Azərbaycana qarşı qlobal informasiya məkanındakı ənənəvi destruktiv meyillərə münasibətdə də prinsipial mövqe tutmaları, çevik davranaraq, mövcud istiqamətdə əvvəlki illərin təcrübəsini daha dinamik tərzdə dolğunlaşdırmaları vacibdir. O, bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dilə gətirib.

MŞ sədri iclasın gündəliyindəki bütün məsələlərin Şuranın funksionallığını artırmaq məramından qaynaqlandığını bildirib və buna görə ilk növbədə qurumun sədr müavinlərinin müəyyənləşdirilməli olduğuna diqqət çəkib. Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.

Gündəlikdəki ikinci məsələ - MŞ-nin komissiyalarının formalaşdırılması xüsusunda bildirilib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. Qurumun Nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda MŞ-nin digər komissiyalarının sədrləri müəyyənləşdirildi və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları və tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər. Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.

İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib. MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri