Icma.az
close
up
RU
Azərbaycan Qırğızıstan əlaqələri konkret nəticələrə söykənən iqtisadi modelə çevrilməkdədir ŞƏRH

Azərbaycan Qırğızıstan əlaqələri konkret nəticələrə söykənən iqtisadi modelə çevrilməkdədir ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 avqust, AZƏRTAC

Tarixi köklərə, sarsılmaz dostluğa söykənən Azərbaycan-Qırğızıstan əlaqələri günümüzdə keyfiyyətcə yeni, strateji mərhələyə yüksəlib. İki qardaş ölkə arasında diplomatik münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyəti dövründə qoyulub. Bu gün isə prezidentlər İlham Əliyevin və Sadır Japarovun səmimi dostluğu və siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlətimizin başçısının Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası və əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin yalnız siyasi müstəvidə deyil, real iqtisadi və regional layihələrlə dərinləşdiyini bir daha sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, Azərbaycan və Qırğız xalqlarını ortaq dil, din, zəngin mədəniyyət və köklü tarixi ənənələr birləşdirir. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə "Manas" dastanının 1000 illik yubileyində iştirakı ilə möhkəmlənən bu əlaqələr günümüzdə hər iki dövlət başçısının təltif edildiyi ali mükafatlarda - Prezident İlham Əliyevin I dərəcəli "Manas" ordeninə, Qırğızıstan Prezidenti Sadır Japarovun isə "Heydər Əliyev" ordeninə layiq görülməsində öz mənəvi zirvəsini göstərdi.

“Mədəni-humanitar sahədəki qardaşlıq dəstəyinin bariz nümunələrindən biri də işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan tərəfindən Ayköl Manas adına tam orta məktəbin inşasıdır. Bu nəcib təşəbbüs Qırğız xalqının Böyük Qayıdış prosesinə verdiyi dəyərli mənəvi və əməli töhfədir. Bu gün Azərbaycan-Qırğızıstan əlaqələri konkret nəticələrə söykənən iqtisadi modelə çevrilməkdədir. İkitərəfli ticarət dövriyyəsinin sürətlə artması ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşları dinamik xarakter alıb. Səfər çərçivəsində qəbul edilən mühüm qərarlardan biri Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması oldu. Bu addım sənaye, aqrar sektor, logistika və nəqliyyat sahələrində iri birgə layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar açır.

Eyni zamanda, İssık-Kul gölünün sahilində Azərbaycanın sərmayəsi ilə ərsəyə gələn beşulduzlu "Bakı" hotelinin istifadəyə verilməsi ölkəmizin Qırğızıstandakı uğurlu investisiya iştirakının və turizm tərəfdaşlığının əyani təzahürüdür. Qırğızıstana neft və neft məhsullarının müntəzəm tədarükü ilə bağlı razılaşmalar isə Azərbaycanın Mərkəzi Asiya regionunda etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir”, - deyə U.Mirzəyev vurğulayıb.

BAMF-in rəhbəri əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın perspektivləri regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusən “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı ilə sıx bağlıdır. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qırğızıstan məhsullarının Avropa və dünya bazarlarına çıxarılmasında strateji qovşaq rolunu oynayır. Münasibətlərin geosiyasi miqyası Türk Dövlətləri Təşkilatı (TDT) və Mərkəzi Asiya ölkələri ilə inteqrasiya çərçivəsində daha da genişlənir. Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və region ölkələri ilə sıx dialoqu Cənubi Qafqazla Mərkəzi Asiya arasında həm iqtisadi, həm də təhlükəsizlik baxımından möhkəm körpü yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see405

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see286

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see246

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see239

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see215

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see191

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see185

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see181

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see178

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see178

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see177

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see175

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see170

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see168

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see159

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see156

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see154

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see150

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri