Icma.az
close
up
RU
Azərbaycan şəhərlərinin dünyadakı qardaşları Kim harayla əməkdaşlıq edir? FOTO

Azərbaycan şəhərlərinin dünyadakı qardaşları Kim harayla əməkdaşlıq edir? FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tez-tez mətbuatda “şəhərlərin qardaşlaşması” ilə bağlı xəbərlərə rast gəlirik. Çoxu “qardaş şəhər” anlayışını fərqli anlamda başa düşür. Əslində isə qardaş şəhər müxtəlif ölkələrin şəhərləri arasında dostluq və əməkdaşlığı nəzərdə tutan rəsmi münasibətdir. Belə sazişlər adətən mədəniyyət, təhsil, turizm, iqtisadiyyat, şəhərlərin idarəçiliyi, ekologiya sahələrində təcrübə məqsədilə imzalanır. Məqsəd şəhərlər arasında yalnız simvolik dostluq yaratmaq deyil, həm də ortaq layihələrin həyata keçirilməsi,tələbə, mədəniyyət mübadiləsi, biznes əlaqələrinin genişləndirilməsidir.
Bəs Azərbaycanın hansı şəhərləri bu cür beynəlxalq əlaqələr qurub?
Bizim.Media Azərbaycan şəhərlərinin qardaşlaşdığı şəhərlərin siyahısını təqdim edir.
Azərbaycanda qardaş şəhər əlaqələri ən geniş şəkildə Bakı tərəfindən qurulub. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, paytaxt 1978-ci ildən Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür.
Hazırda Bakının Dakar, Neapol, Sarayevo, Hyuston, Bordo, Bəsrə, Vunqtau-Kondao, İzmir, Təbriz, Astana, Tbilisi, Kiyev, Düşənbə, Bişkek, Aşqabad, Minsk, İslamabad, Əbu-Dabi və Əddis-Əbəbə ilə qardaş şəhər münasibətləri mövcuddur.
Bundan başqa, Berlin, Paris, Vyana, İstanbul, Tehran, Daşkənd və digər şəhərlərlə tərəfdaşlıq əlaqələri də saxlanılır.
Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərləri də müxtəlif ölkələrin şəhərləri ilə əməkdaşlıq edir.
Məsələn, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran və digər şəhərlərin Türkiyə, Almaniya, Belarus, Ukrayna, Gürcüstan və başqa ölkələrin şəhərləri ilə qardaşlaşma sazişləri mövcuddur.
Bu əməkdaşlıqlar əsasən mədəni tədbirlər, iqtisadi forumlar, turizm layihələri və yerli idarəetmə sahəsində təcrübə mübadiləsini əhatə edir.
Son illərdə bu istiqamətdə yeni addımlar da atılır. 2024-cü ilin mayında Azərbaycan və Belarus prezidentlərinin görüşündən sonra Bakı ilə Minsk, Gəncə ilə Qomel, Qəbələ ilə isə Qrodno arasında qardaşlaşma memorandumları imzalanıb.
Memorandumlarda iqtisadiyyat, şəhərsalma, nəqliyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, turizm və ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bu ilin mayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar. Bununla da Şuşanın qardaş şəhərlərinin sayı 10-a çatıb.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see632

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see531

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see284

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see251

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see248

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see219

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see198

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see198

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see191

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see165

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see162

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri