Icma.az
close
up
RU
Azərbaycan səhiyyəsində yeni uğur mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib

Azərbaycan səhiyyəsində yeni uğur mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında Azərbaycanda ilk dəfə vaskülarizə olunmuş limfa düyünü transferi (Vascularized Lymph Node Transfer – VLNT) əməliyyatı uğurla həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu müasir rekonstruktiv mikrocərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan üsul, xroniki limfedemanın, xüsusilə süd vəzi xərçəngi səbəbindən aparılan əməliyyat və limfa düyünlərinin çıxarılmasından sonra yaranan yuxarı ətraf limfedemasının müalicəsində tətbiq edilir.

Əməliyyat zamanı xəstənin kürəyinin yuxarı hissəsində yerləşən paraskapulyar nahiyədən qan damarları ilə birlikdə sağlam limfa düyünləri götürülərək qoltuqaltı nahiyəyə köçürülüb. Mikrocərrahi texnologiyalar vasitəsilə diametri bir millimetrdən də kiçik olan damarlar xüsusi mikroskop altında birləşdirilib və köçürülmüş toxumanın qan təchizatı tam bərpa edilib.

Paraskapulyar donor sahə dünyada ən təhlükəsiz donor nahiyələrindən biri hesab olunur. Bu sahədən limfa düyünlərinin götürülməsi aşağı ətrafda limfedema yaranması riskini minimuma endirdiyi üçün son illərdə beynəlxalq praktikada geniş tətbiq edilir.

Vaskülarizə olunmuş limfa düyünü transferinin məqsədi limfa dövranını bərpa etmək, yeni limfa damarlarının əmələ gəlməsini stimullaşdırmaq və zədələnmiş nahiyədə limfa drenajını yaxşılaşdırmaqdır. Bu metod sayəsində xəstələrdə qolun şişkinliyinin azalması, təkrarlayan sellülit epizodlarının sayının əhəmiyyətli dərəcədə enməsi, kompressiya vasitələrindən asılılığın azalması və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması mümkündür. Beynəlxalq elmi araşdırmalara əsasən, uyğun seçilmiş xəstələrdə əməliyyatdan sonra ətraf həcminin 20–60 faiz azalması müşahidə olunur, eyni zamanda, infeksiya epizodlarının tezliyi əhəmiyyətli dərəcədə aşağı düşür. Bu əməliyyat xroniki limfedemanın II–III mərhələsində olan, konservativ müalicədən kifayət qədər fayda görməyən, təkrarlayan dəri infeksiyaları keçirən və limfa damarlarının ciddi zədələnməsi səbəbindən digər mikrocərrahi üsulların effektiv olmadığı xəstələr üçün nəzərdə tutulur.

Azərbaycanda ilk dəfə icra olunan bu yüksək texnologiyalı mikrocərrahi müdaxilə ölkədə rekonstruktiv cərrahiyyənin inkişafında mühüm mərhələ olmaqla yanaşı, limfedemadan əziyyət çəkən xəstələrin müasir və effektiv müalicə üsullarına çıxış imkanlarını genişləndirir.

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında bu istiqamətdə əldə olunan uğur ölkəmizdə yüksəkixtisaslı mikrocərrahi xidmətlərin inkişafının növbəti göstəricisi hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2026 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see256

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see234

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see199

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see199

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see195

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see191

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see185

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see184

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see183

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see180

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see180

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see171

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see170

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

18 İyul 2026 20:23see169

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see168

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see163

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

18 İyul 2026 20:34see163

DÇ 2026: İngiltərə Fransaya qalib gəlir Canlı

19 İyul 2026 01:16see162

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see159

Niyə bəziləri işdən evə getməyə tələsmir?

19 İyul 2026 06:05see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri