Icma.az
close
up
RU
Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi “ChatGPT” alətini hazırlayan “OpenAI” ilə təhsil sahəsində mühüm əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində müəllimlərin gündəlik işini asanlaşdıracaq, şagirdlərin isə daha yaxşı öyrənməsinə dəstək olacaq yeni süni intellekt əsaslı həllərin hazırlanması nəzərdə tutulur.

Bu əməkdaşlıq Azərbaycan təhsil sisteminə nə vəd edir və süni intellektin tədris prosesinə inteqrasiyası hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bu əməkdaşlığı çox müsbət və perspektivli addım hesab edir:

"Dünyada süni intellekt artıq təhsil sahəsində geniş tətbiq olunur və Azərbaycanın da bu prosesə qoşulması sevindiricidir.
Xüsusilə diqqətimi cəlb edən məqam ondan ibarətdir ki, platforma hər bir şagirdin fərdi öyrənmə ehtiyaclarını nəzərə almağa imkan verəcək. Eyni sinifdə müxtəlif səviyyədə şagirdlər olur və müəllim hər zaman onların hamısına eyni dərəcədə fərdi yanaşa bilmir. Süni intellekt əsaslı adaptiv sistemlər bu baxımdan əlavə dəstək rolunu oynaya bilər. Müəllim kimi hesab edirəm ki, belə texnologiyalar müəllimi əvəz etmək üçün deyil, onun işini daha səmərəli təşkil etmək üçün istifadə olunmalıdır. Ən vacib amil yenə də müəllimin peşəkarlığı, pedaqoji yanaşması və şagirdlə qurduğu münasibətdir. Süni intellekt isə bu prosesdə köməkçi vasitə kimi çıxış edə bilər. Digər tərəfdən, layihənin pilot mərhələdə tətbiq olunması da düzgün yanaşmadır. Bu, həm sistemin effektivliyini qiymətləndirməyə, həm də yarana biləcək çətinlikləri əvvəlcədən müəyyənləşdirərək aradan qaldırmağa imkan verəcək. Düşünürəm ki, müəllimlərin bu prosesə hazırlanması, rəqəmsal bacarıqlarının gücləndirilməsi və məlumat təhlükəsizliyi məsələlərinin diqqətdə saxlanılması layihənin uğurunda mühüm rol oynayacaq. Ümumilikdə, Elm və Təhsil Nazirliyi ilə "OpenAI" arasında qurulan bu əməkdaşlıq Azərbaycanın təhsil sistemində fərdiləşdirilmiş öyrənmə imkanlarının genişlənməsinə, müəllimlərin işinin dəstəklənməsinə və şagirdlərin gələcəyin bacarıqlarına daha yaxşı hazırlanmasına töhfə verə bilər".

Təhsil eksperti Ramin Nurəliyev də bu mövzu ilə bağlı saytımıza bildirdi ki, Elm və Təhsil Nazirliyinin "OpenAI" şirkəti ilə əməkdaşlığı təhsil sahəsində, xüsusilə də elektronlaşdırılmış məktəb sistemi üzrə davam etdiriləcək:

"Bu təşkilat Azərbaycanda orta ümumi təhsil məktəblərinin elektronlaşdırılmasını, yəni rəqəmsal məktəb modelinə keçirilməsini həyata keçirməyə çalışacaq. Həqiqətən də bu, çox böyük əməkdaşlıq və çox mühüm istiqamətdir. Belə deyim ki, bu şirkət Amerikanın böyük texnologiya nəhənglərindən biridir. Xüsusilə də "ChatGPT" və süni intellekt istiqamətində böyük uğurlar əldə edib. Bu təşkilatın bizim bölgədə Azərbaycanla əməkdaşlıq etməsi ölkəmizin gücünü və qüdrətini, eyni zamanda Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğını nümayiş etdirir. Əslində mən hesab edirəm ki, bu addımı cənab Prezidentin 2026–2028-ci illər üzrə rəqəmsal texnologiyalar istiqamətində tədbirlər planının bir hissəsi kimi də qiymətləndirmək olar. Çünki cənab Prezidentin sərəncamında Azərbaycanın müxtəlif sahələr üzrə rəqəmsallaşdırılması, müasir texnologiyalar istiqamətində dünya ilə rəqabət aparması üçün bu sistemə qoşulması və onun daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Bu istiqamətlərdən biri də, əlbəttə ki, təhsil sahəsidir. Təhsil sahəsinin rəqəmsallaşdırılması, müasir dövrün tələblərinə uyğun olaraq yüksək texnologiyaların, süni intellektin, "ChatGPT" və digər proqramların təhsil müəssisələrində tətbiqi, şagirdlərin, müəllimlərin, təhsilalanların və təhsilverənlərin istifadə etdiyi məktəb platformalarının təkmilləşdirilməsi və müasir texnologiyalara uyğunlaşdırılması, əlbəttə ki, çox gözəl təşəbbüsdür. Mən bunu xüsusilə yüksək qiymətləndirirəm".

Onun sözlərinə görə, Azərbaycan müəyyən müddətdən sonra dünya nəhəngləri ilə rəqabət aparmaq istəyirsə, bunun təməli məhz indidən qoyulmalıdır.

"Bildiyiniz kimi, artıq bu ildən etibarən ali təhsil müəssisələrində süni intellekt ixtisasları açılır. Eyni zamanda orta ümumi təhsil məktəblərində süni intellekt dərslərinin keçirilməsi də nəzərdə tutulur. Bu cür böyük və nəhəng layihənin Azərbaycanda tətbiq olunması həqiqətən də Azərbaycan təhsili üçün mühüm töhfə olacaq və təhsilimizin inkişafına ciddi təkan verəcək. Əlbəttə, belə bir sual yarana bilər ki, biz bu sistemə nə dərəcədə hazırıq? Orta ümumi təhsil məktəblərimiz buna hazırdırmı? Məktəblərdə maddi-texniki baza kifayət qədər yetərlidirmi? Bunlar ayrıca müzakirə mövzusudur. Amma düşünürəm ki, dövlət tərəfindən belə bir təşəbbüs həyata keçirilirsə, bu layihənin tələblərinə uyğun olaraq orta ümumi təhsil məktəblərində maddi-texniki bazanın təkmilləşdirilməsi, lazımi infrastrukturun yaradılması və təmin olunması istiqamətində də addımlar atılacaq. İnanın, bunu tam səmimiyyətimlə deyirəm ki, əgər bu layihə Azərbaycan təhsilində, xüsusilə də orta ümumi təhsil məktəblərində uğurla həyata keçirilsə, Azərbaycan məktəblisi çox böyük nailiyyətlər əldə edə bilər. Çünki hazırda ölkəmizdə istedadlı və potensiallı uşaqlar kifayət qədərdir. Onların arasında özləri üçün süni intellekt layihələri hazırlayan, müxtəlif proqramlar yaradan və bunları sosial platformalarda tətbiq edən gənclər az deyil. Hesab edirəm ki, bu uşaqlara peşəkar mütəxəssis dəstəyi göstərilərsə, onlar həqiqətən də çox böyük uğurlara və nailiyyətlərə imza ata bilərlər. Bu gün dövrün əsas tələbi yüksək texnologiyalardır. Dövrün tələbi süni intellektdir. Dövrün tələbi kompüteryönümlü sahələrdir. Ona görə də bu istiqamətlərin inkişaf etdirilməsi Azərbaycan gənclərinə gələcəkdə yüksək texnologiyalar sahəsində dünya ilə rahat şəkildə rəqabət aparmaq imkanı verəcək", - deyə təhsil eksperti yekunlaşdırdı.

NURİYYƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:363
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see277

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see209

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see191

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see190

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see187

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see173

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see170

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see167

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see166

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see166

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see164

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see160

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see159

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see157

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see156

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see153

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see151

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see148

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri