Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara, 4 oktyabr, AZƏRTAC
Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət həcmi son beş ildə 72,2 milyard dollara çatıb.
AZƏRTAC Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatlarına istinadla xəbər verir ki, qardaş ölkə 2021-2025-ci illər arasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarına 41,6 milyard dollar dəyərində mal və xidmətlər tədarük edib, idxal həcmi isə 30,6 milyard dollar olub.
Bu ilin ilk doqquz ayında Türkiyənin TDT ölkələrinə ixracı 4,8 milyard dollar təşkil edib.
TÜİK-in məlumatına görə, Azərbaycan son beş il ərzində Türkiyə məhsullarının aparıcı alıcısı olub. Hesabat dövründə Türkiyənin ölkəmizə ixracının həcmi 13,7 milyard dollara çatıb.
Sonrakı yerlərdə Qazaxıstan (9,9 milyard dollar) və Qırğızıstan (5,6 milyard dollar) gəlir.
Eyni dövrdə Qazaxıstan Türkiyəyə ən çox mal tədarük edib (16,7 milyard dollar). Özbəkistan (6,9 milyard dollar) və Azərbaycan (6,2 milyard dollar) bu göstərici üzrə sonrakı yerləri tutur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Oktyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















