Icma.az
close
up
AZ
Menu

Минобороны России может утилизировать единственный авианосец

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

Сирия идет против Хезболлы неожиданный поворот

Во Франции против соцсети Маска возбудили уголовное дело

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

Пашинян собрал соратников в Горисе

ЕК уговаривает Словакию одобрить санкции против России

Грузия не пускает грузовики со сжиженным газом для Армении

Жительница Азербайджана скончалась после инъекции

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

Взрывы в Киеве

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

Nuclear power stages comeback in global energy outlook OPEC

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib FOTO

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib FOTO

Icma.az, ссылаясь на сайт Day.az, передает.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə baxışı təqsirləndirilən şəxslərə suallar verilməsi ilə davam etdirilib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.

O, suallara cavabında "Sovet Ermənistanı" qəzetində redaktor müavini vəzifəsində çalışdığını bildirərək deyib: "Mən Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilədək çıxdı. O vaxtdan sonra qəzet nəşr olunmayıb".

Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: "Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir".

O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rus dilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.

Prokurorun "böyük Ermənistan" ideologiyasına dair sualına cavabında A.Qukasyan bu ideyanı nağıl adlandıraraq qeyd edib: "Çoxdandır "böyük Ermənistan"la bağlı nağıllara inanmıram. "Böyük Ermənistan" ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".

O, iş üzrə cinayətkar dəstənin üzvləri kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu deyib. Bildirib ki, Robert Köçəryan isə onun rəhbəri olub.

A.Qukasyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb. O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: "Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki "Krunk" təşkilatının üzvü idi".

Daha sonra Bako Sahakyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş edib. Məhkəmə müdafiəçinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmə iclasında fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslər Bako Sahakyan, Arayik Harutyunyan, Davit İşxanyan və Davit Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə "böyük Ermənistan" cinayətkar ideologiyası, "Miatsum" və "Qarabağ" hərəkatlarının məqsədi, həmçinin "Krunk" təşkilatının funksiyaları, fəaliyyəti, müdafiə etdiyi ideyalar, qeyd olunan hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda təşkil edilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin mitinqlərdə çıxış edənlər, insanların mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar verilib.

Təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında etiraf edib ki, Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub.

O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib: "Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi".

Ardınca təqsirləndirilən şəxs Davit İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırıb.

Digər təqsirləndirilən şəxs Arayik Harutunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını bildirərək deyib: "Bilirəm ki, Qurgen Qabrelyan, Vartan Akopyan, Haraçı Beqlaryan adlı yazıçılar mitinqlərdə çıxışlar edirlər. Yazıçılardan Qurgen Qabrelyan uşaq şairi idi, bu qədərini bilirdim".

A.Harutunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, "Arabo" batalyonundan danışıb: "Sizin saydığınız siyahıdan mən 30 faizinin adını eşitmişdim. "Arabo", "Arami", "Böyük Tiqran", "Sasunçi David" haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox "Arabo" haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb".

Təqsirləndirilən şəxs Davit Babayan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında qondarma rejimin "ordusu"nun müxtəlif silahlı birləşmələrdən təşkil olunduğunu, lakin özünün həmin proseslərdə iştirak etmədiyini bildirib. O, Arayik Harutunyanla 1990-cı ildə tanış olduğunu deyib.

Bugünkü məhkəmə prosesində təqsirləndirilən şəxslərə zərərçəkənlərin nümayəndələri, habelə özlərinin vəkilləri də suallar ünvanlayıblar.

Məhkəmənin növbəti iclası martın 13-nə təyin olunub. Növbəti proses təqsirləndirlən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:88
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 10 Марта 2025 21:21
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Минобороны России может утилизировать единственный авианосец

11 Июля 2025 17:53see383

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

11 Июля 2025 16:32see347

Сирия идет против Хезболлы неожиданный поворот

11 Июля 2025 18:17see314

Во Франции против соцсети Маска возбудили уголовное дело

11 Июля 2025 20:12see289

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

11 Июля 2025 16:16see269

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

11 Июля 2025 16:47see213

Пашинян собрал соратников в Горисе

12 Июля 2025 10:31see203

ЕК уговаривает Словакию одобрить санкции против России

11 Июля 2025 22:27see198

Грузия не пускает грузовики со сжиженным газом для Армении

12 Июля 2025 01:31see183

Жительница Азербайджана скончалась после инъекции

11 Июля 2025 22:42see172

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

12 Июля 2025 11:25see162

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

11 Июля 2025 17:16see160

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

12 Июля 2025 08:31see151

Взрывы в Киеве

12 Июля 2025 00:44see144

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

11 Июля 2025 19:51see143

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

11 Июля 2025 21:55see142

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

11 Июля 2025 16:55see141

Nuclear power stages comeback in global energy outlook OPEC

11 Июля 2025 23:23see141

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

11 Июля 2025 19:56see139

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

11 Июля 2025 19:45see139
newsПоследние новости
Самые свежие и актуальные события дня