Azərbaycana buraxılmayan bloger: Mən kişiyəm və Ermənistana getməyəcəm (VİDEO)
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycana buraxılmayan tanınmış rus bloger Erik Davidoviç ətrafında söz-söhbətlər yenicə səngiyib.
BAKU.WS-in məlumatına görə, erməni tərəfi vəziyyətdən istifadə edərək blogerin Facebook səhifəsində mübahisə yaradıb. Bundan sonra Erik Azərbaycan və erməni tərəflərini sülhə çağırıb və statusun altında milli mübahisələri aparmamağı xahiş edib:
"Sizdən xahiş edirəm söyüş söyməyin. Ermənilər və azərbaycanlıların bir-birini belə söyməsi mənə heç xoş deyil. Bizim hamımız insanıq. Mənə sadəcə camaat zəng vurdu! Hamı mənə kömək etməyə çalışırdı! Mənə çox xoş idi, amma bir məsələni başa düşmədim. Bizə Bakıda uçan aparat, dron verəcəklərini dedilər. Mən başa düşə bilmirəm, sizin dronunuz mənimkindən nə ilə fərqlənir? Mən anlayıram ki, biz sadəcə çox gözəl material çəkə bilərdik və bütün dünya bunu görərdi. Nəticədə buna görə insanlar Bakıya gedərdi. Qanunları dahilər yazmır. Biz Tiflisə qayıtdıq və burada çox gözəl vaxt keçiririk. Sabaha növbəti variantlar var! Mən düşünmürəm ki, biz bu məsələni həll edəcəyik. Deməli belə olmalıymış. Hər halda bütün qardaşlara salam. Kömək etməyə çalışanlara təşəkkür edirəm! Bu dəfə hörmət və ehtiramlara baxmayaraq biz Ermənistana getməyəcəyik! Bu, bir az fahişəlik olar. Axı mən kişiyəm!"
Erikin bu addımı təqdirəlayiqdir. Onu səbirsizliklə Bakıda gözləyirik.
ŞAHİN Həbibov
BAKU.WS
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 İyul 2026 06:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















