Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaq adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilənlər - Elnur Haxtarinin 8 il, 8 ay, Kamal Həsənovun 11il il,Ələkbər Quliyevin ziyanın bir hissəsini ödədiyinə görə 2 il sınaq müddəti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxslərin - Elnur Haxtarinin 12 il, Ələkbər Quliyevin 7 il, Kamal Həsənovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar.
Cinayət işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Onların hər üçü iş adamı olub.
Təqsirləndirlilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) 178.3.2 (külli miqdarda dələduzluq) 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, zərərçəkənlərə dəymiş ümumi ziyan 3 milyon manatdır.
Baxış sayı:658
Bu xəbər 04 Avqust 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















