Icma.az
close
up
RU
Azərbaycanda çalışan ingiltərəli mütəxəssis: Keyfiyyətli meydança salmaq sadəcə ot becərmək deyil MÜSAHİBƏ

Azərbaycanda çalışan ingiltərəli mütəxəssis: Keyfiyyətli meydança salmaq sadəcə ot becərmək deyil MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Baxımlı futbol üçün oyunçuların hazırlığı ilə yanaşı, meydançanın vəziyyəti də önəm daşıyır. Keyfiyyətli oyun səthi topun hərəkətinə, futbolçunun sürətinə, ötürmələrin dəqiqliyinə, sabitliyə və hətta zədələnmə riskinə təsir göstərə bilər.

Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən, stadionların ot örtüyünə qulluq edən ingiltərəli mütəxəssis Filip Şarpls futbol meydançalarının idarə olunması, bitki biologiyası və keyfiyyətli oyun səthlərinin hazırlanması ilə bağlı AZƏRTAC-a fikirlərini bölüşüb.

– Futbol meydançasının keyfiyyəti oyunun gedişinə və futbolçuların çıxışına necə təsir göstərir?

– Futbolda meydança ən vacib elementlərdən biridir. Keyfiyyətsiz qurulmuş və ya düzgün idarə olunmayan meydança oyunçulara və bəzən matçın nəticəsinə təsir göstərə bilər. Ot örtüyü futbolçunun yorğunluğuna, motivasiyasına, sağlamlığına, zədələnmə riskinə, topa nəzarətinə, ötürmələrin dəqiqliyinə və ümumi performansına təsir edir. Peşəkar futbolçular məşqlərdə müəyyən oyun səthinə uyğunlaşırlar. Onlar ötürmənin gücünü, istiqamətini və topun səthlə qarşılıqlı təsirini dəfələrlə təkrarlayırlar. Buna görə meydançanın xüsusiyyətləri dəyişdikdə oyunçunun öyrəşdiyi nəticəni əldə etməsi çətinləşə bilər.

– Bu halda meydançanın vəziyyəti futbolçuların kobud səhvlərə yol verməsinə səbəb ola bilərmi?

– Əlbəttə. Meydança su ilə həddindən artıq yüklənmiş, ot örtüyü seyrək, xəstəlikdən zədələnmiş, həddindən artıq sərt, yumşaq və ya kələ-kötür olduqda top gözlənilməz istiqamətə gedə bilər. Məsələn, ötürmə nəzərdə tutulan yerə çatmaya və rəqib tərəfindən ələ keçirilə bilər. Bu, hər zaman futbolçunun səhvi olmaya bilər.

Məsələn, 2023/2014-cü illər mövsümünün “Liverpul” – “Çelsi” oyununda meydan sahibi komandanın kapitanı Stiven Cerrardın sürüşdüyü epizod düşündürücü nümunədir. Bunun meydançanın vəziyyəti ilə bağlı olub-olmadığını heç vaxt bilməyəcəyik. Lakin bu hadisə oyun səthinin futbola təsiri barədə düşünməyə əsas verir.

Peşəkar futbolda isə bu məsələ daha böyük əhəmiyyət daşıyır. Söhbət milyonlarla dollar dəyərində oyunçulardan və yarışlardan gedir. Klub istəyir ki, futbolçuların qarşısında onların performansına mane ola biləcək mümkün qədər az xarici amil olsun.

– Keyfiyyətli meydançanın təmin edilməsində əsas amil nədir?

– Fikrimcə, burada iki əsas tələb var. Birincisi, meydançaya cavabdeh heyətin bacarığı, təcrübəsi və biliyidir. Gündəlik texniki xidmət və idarəetmə qərarları meydançanın vəziyyətinə birbaşa təsir göstərir.

İkincisi isə klub ilə meydançaya cavabdeh heyət arasındakı əlaqədir. Klub mütəxəssislərin səthin nə zaman və necə istifadə olunması barədə verdiyi məsləhətlərə etibar etməlidir. Meydança yaxşı göründüyü üçün ondan həddindən artıq istifadə etmək düzgün deyil. Bitkinin inkişafı və bərpası üçün vaxt lazımdır.

Meydança klubun aktividir və ondan ağılla istifadə edilməlidir. Əgər şərait uyğun deyilsə, bundan istifadə edib-etməmək barədə qərarı meydançaya qulluq edən mütəxəssislər verməlidir. Bu, komanda seçiminin baş məşqçinin məsuliyyəti olması kimi bir şeydir.

– Peşəkar səviyyədə keyfiyyətli futbol meydançası yaratmaq nə üçün çətindir?

– Çünki söhbət biologiyadan gedir. Ot bitkidir və təbii şəraitdə onun məqsədi böyümək, günəş işığından istifadə edərək qida yaratmaq, kök sistemini inkişaf etdirmək və çoxalmaqdır. Biz isə onun təbii inkişafına müdaxilə edirik. Onu tez-tez biçirik, üzərində futbol oynayırıq, texnika və avadanlıqlardan istifadə edirik və eyni zamanda ondan müəyyən idman xüsusiyyətləri tələb edirik.

Biz istəyirik ki, ot örtüyü möhkəm, hamar və vahid olsun, aşınmaya, xəstəliklərə və quraqlığa davam gətirsin, müxtəlif hava şəraitlərində dözümlü qalsın və televiziyada gözəl görünsün. Buna görə keyfiyyətli meydança salmaq sadəcə ot becərmək deyil.

Stadion şəraitində isə günəş işığının azlığı, hava dövranı, kölgə və temperatur fərqləri kimi əlavə problemlər yaranır. Müasir işıqlandırma sistemləri və torpaqaltı isitmə kimi texnologiyalar bitkinin inkişafına kömək edir. Lakin biologiyada heç nə ani baş vermir – bitkinin böyüməsi və bərpası üçün vaxt lazımdır.

– Sizcə, Azərbaycanda mükəmməl futbol meydançası yaratmaq mümkündürmü?

– Bəli, əlbəttə mümkündür və biz bunu edirik. Lakin milyonlarla ayrı-ayrı ot bitkisindən söhbət getdiyi üçün bioloji baxımdan “mükəmməlliyin” həqiqətən mümkün olub-olmadığını da düşünmək lazımdır.

Hər meydançanın öz mühiti var. Buna görə bütün meydançaları eyni şəkildə idarə etmək düzgün deyil. Bitki eyni ola bilər, amma mühit fərqlidir və bitki də buna uyğun fərqli inkişaf edir. Əsas məsələ yaranan problemləri düzgün müəyyənləşdirmək və onları düşünülmüş şəkildə həll etməkdir.

Müxbir - Mikayıl Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri