Icma.az
close
up
RU
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan müstəqillik dövründə sürətli iqtisadi inkişaf və urbanizasiya prosesləri ilə müşayiət olunan mənzil siyasəti sahəsində mühüm nailiyyətlər əldə edib. Ölkə əhalisinin hazırda 55 faizdən çoxu şəhərlərdə yaşayır ki, bu da Cənubi Qafqazda ən yüksək göstəricilərdəndir. Lakin əhalinin qeyri-mütənasib şəkildə paytaxt Bakı və Abşeron yarımadasında cəmləşməsi (hazırda təxminən 2,6 milyon nəfər, proqnozlara görə 2030-cu ilə qədər bu rəqəm 3-3,5 milyona çata bilər) mənzil siyasətinin əsas çağırışlarından biridir.

Bu fikirlər Azərbaycan Texniki Universitetinin baş müəllimi Pərvin Hacıyevanın “Azərbaycanda urbanizasiya və şəhərsalma kontekstində mənzil siyasəti” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Son illərdə dövlət tərəfindən şəhərsalma sahəsində mühüm addımlar atılıb. 2026-cı ilin məlumatına əsasən, ölkənin 79 şəhərindən 68-nin Baş Planı yenilənib. Xüsusilə Nazirlər Kabineti tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilmiş 2040-cı ilədək Bakının Baş Planı polisentrik (çoxmərkəzli) və kompakt şəhər modelini, inteqrasiya olunmuş ictimai nəqliyyatı və piyada əlçatanlığını nəzərdə tutur. Bu plana əsasən, Bakıda yaşayış sahəsi tikintisi üçün 9 min hektar ərazi ayrılıb və 2040-cı ilə qədər əlavə təxminən 143 min mənzilə ehtiyac olacağı proqnozlaşdırılır.

Mənzil siyasətinin həyata keçirilməsində üç əsas mexanizm önə çıxır: Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti, “İcarəyə götürülmüş yaşayış sahələrinin satış öhdəliyi ilə verilməsi” (Rent-to-Own) mexanizmi və ipoteka kredit sistemi. MİDA tərəfindən dövlət hesabına əlverişli mənzillərin tikintisi həyata keçirilir və hazırda Agentliyin 19 layihəsi üzrə 11 mindən çox ailə mənzil əldə edib. “Rent-to-Own” mexanizmi isə vətəndaşlara 25 il müddətinə sabit aylıq ödənişlə mənzil sahibi olmaq imkanı yaradır və bu alətdən 9300-dən çox ailə yararlanıb. 2005-ci ildən fəaliyyət göstərən ipoteka kredit sistemi çərçivəsində isə 58400-dən çox vətəndaş ipoteka krediti götürüb, verilmiş kreditlərin ümumi həcmi 3,9 milyard manatı ötüb.

Bundan əlavə, məcburi köçkünlər və qaçqınlar (ölkədə 1 milyondan çox) üçün geniş mənzil proqramları həyata keçirilib, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində 85 mindən çox insanın köçürülməsi təmin olunub.

Statistik göstəricilər mənzil tikintisində artımı təsdiqləyir: 2000-2023-cü illərdə hər 1000 nəfərə düşən mənzillərin sayı 2,6 dəfə, ümumi sahəsi isə 3,6 dəfə artıb. 2025-ci ildə isə mənzil qiymətlərində ölkə üzrə 13,8 faiz artım müşahidə edilib. Bununla belə, mövcud təhlillər göstərir ki, yeni tikilən mənzillərin orta ölçüsü gənc ailələrin və 25-35 yaş arası şəxslərin real tələbinə tam uyğun gəlmir.

Tədqiqat nəticəsində mənzil siyasətinin təkmilləşdirilməsi üçün qısa, orta və uzunmüddətli perspektivlərdə şəffaflığın artırılması, vahid məlumat bazasının yaradılması, regional inkişafın stimullaşdırılması və “yaşıl” tikinti standartlarının tətbiqi kimi istiqamətlər üzrə tövsiyələr işlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see262

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see227

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see225

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see213

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see206

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see205

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see203

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see189

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see188

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see184

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see178

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see176

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see170

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see169

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see168

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see165

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see164

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see155

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see155

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri