Icma.az
close
up
RU
Azərbaycanın iqlim diplomatiyası nümunəsi Türkiyənin COP31 gündəmini necə tamamlayır?

Azərbaycanın iqlim diplomatiyası nümunəsi Türkiyənin COP31 gündəmini necə tamamlayır?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə COP31 hələ keçirilməsə də, Antalya üçün aparılan hazırlıqlar artıq ölkənin ən böyük diplomatik və iqlim layihələrindən birinə çevrilib. Rəsmi COP31 portalı və Türkiyə İqlim Dəyişikliyi Başqanlığının məlumatları göstərir ki, hökumət bu zirvəni təkcə texniki tədbir deyil, Aralıq dənizi hövzəsində iqlim təhlükəsizliyi, enerji keçidi və yaşıl maliyyə məsələlərini birləşdirən strateji platforma kimi təqdim edir.

Anadolu Agentliyinin yaydığı məlumatlara görə, Antalya EXPO mərkəzində keçirilən hazırlıq iclaslarında təhlükəsizlik, nəqliyyat, səhiyyə, logistika və beynəlxalq nümayəndə heyətlərinin yerləşdirilməsi üzrə çoxsəviyyəli koordinasiya mexanizmi qurulub. Türkiyə rəsmiləri COP31-in ölkəni “qlobal iqlim diplomatiyasının mərkəzi”nə çevirməsini və inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan dövlətlər arasında vasitəçi rolunu gücləndirməsini əsas hədəf kimi vurğulayırlar.

Azərbaycanın COP29 təcrübəsi ilə müqayisədə Türkiyənin COP31 hazırlıqları hansı üstünlükləri və fərqli prioritetləri ortaya qoyur?

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açqlamasında bildirib ki, beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi ilə daim diqqət mərkəzində olan Azərbaycanın qlobal nüfuzu getdikcə daha da möhkəmlənir, bunu ölkəmizin son illərdə təşkil etdiyi beynəlxalq forum və sammitlərin mövzularına nəzər salmaqla aydın görmək mümkündür: "Azərbaycan qlobal problemlərin müzakirəsinə və onların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə davamlı töhfə verən dövlət kimi çıxış edir.

2024-cü ildə Bakı dünyanın ən böyük iqlim platformalarından birinə çevrildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP29 konfransına on minlərlə nümayəndə və yüzlərlə ölkənin təmsilçilərinin qatılması Azərbaycanın qlobal dialoq üçün etibarlı məkan kimi qəbul olunduğunu göstərdi. Bu il isə ölkəmiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməklə beynəlxalq gündəmdə yenidən ön plana çıxdı".

Deputatın fikrincə, COP29-un yekununda qəbul olunan qərarlar yalnız iqlim siyasəti baxımından deyil, bəşəriyyətin gələcək inkişaf trayektoriyası üçün də mühüm əhəmiyyət daşıyır: "Bakı sammitinin ən mühüm nəticələrindən biri inkişaf etməkdə olan dövlətlərin iqlim dəyişmələrinə uyğunlaşma və emissiyaların azaldılması tədbirlərini maliyyələşdirmək üçün illik 1,3 trilyon dollarlıq yeni maliyyə çərçivəsi üzrə siyasi razılığın formalaşması idi. Bu qərar qlobal iqlim maliyyəsi sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bakı görüşü həm də Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin uzun illər davam edən müzakirələrdən sonra praktik tətbiq mexanizmlərinin razılaşdırılması ilə yadda qaldı. Bu addım beynəlxalq karbon ticarətinin hüquqi və institusional əsaslarının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sammit çərçivəsində iqlim fəlakətlərindən ən çox zərər çəkən ölkələrə dəstək məqsədilə yaradılmış İtki və Zərər mexanizminin tam fəaliyyət göstərən institusional formaya keçirilməsi də mühüm nəticələrdən biri hesab olunur. Bununla fondun yalnız siyasi təşəbbüs deyil, real maliyyə alətinə çevrilməsi istiqamətində ciddi irəliləyiş əldə edildi. Bakıda əldə olunan razılaşmalar qlobal iqlim idarəçiliyində yeni mərhələnin əsasını qoyan qərarlar kimi qiymətləndirilə bilər. Eyni zamanda, Azərbaycan gələcək COP konfranslarının daha məhsuldar və nəticəyönümlü keçirilməsi üçün mühüm diplomatik və təşkilati zəmin formalaşdırdı".

Deputat bildirir ki, Azərbaycan COP29-u təkcə beynəlxalq tədbir kimi deyil, həm də öz xarici siyasət prioritetlərini və yeni inkişaf modelini təqdim etmək üçün geniş diplomatik imkan kimi dəyərləndirdi. Ölkə uzun illər enerji ixracatçısı kimi qazandığı etibarlı tərəfdaş imicini yaşıl transformasiya gündəliyi ilə uzlaşdırmağa nail oldu. Bakı bu genişmiqyaslı tədbirin təşkilində yüksək peşəkarlıq və koordinasiya bacarığı nümayiş etdirdi. Konfransın sonunda iştirakçı dövlətlərin Azərbaycanın təşkilatçılıq fəaliyyətini xüsusi qeyd etməsi və bunu yekun sənədlərdə əks etdirməsi Bakının belə mürəkkəb qlobal tədbirləri idarə etmək potensialına verilən beynəlxalq qiymət kimi diqqət çəkdi.

“COP29 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, onun qlobal iqlim siyasətində oynadığı rolu da yeni mərhələyə çıxardı. Azərbaycan nümayiş etdirdi ki, ənənəvi enerji istehsalçısı statusu yaşıl keçid prosesində fəal iştirakla ziddiyyət təşkil etmir. Bakı modelinin əsas xüsusiyyəti müxtəlif maraqlara malik tərəflər arasında dialoq və konsensus mühitinin yaradılmasına üstünlük verilməsi idi. Sammit inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında etimadın möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildi. Xüsusilə iqlim maliyyəsi, enerji təhlükəsizliyi və ədalətli enerji keçidi kimi mürəkkəb məsələlər üzrə fərqli mövqelərin yaxınlaşdırılması Azərbaycanın diplomatik çevikliyini nümayiş etdirdi. Bu yanaşma ölkənin həm Qlobal Cənub, həm də Qərb dövlətləri ilə balanslaşdırılmış münasibətlər sisteminə əsaslanırdı”-deyə Vüqar Rəhimzadə əlavə edib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Türkiyənin COP31 hazırlıqları isə bu gündəliyi daha geniş iqtisadi transformasiya çərçivəsində davam etdirməyə yönəlir: "Bakıdakı sammitdən sonra prosesin Braziliyada keçiriləcək COP30 vasitəsilə davam etməsi və növbəti mərhələdə Antalyada təşkil olunacaq COP31 ilə estafetin Türkiyəyə keçməsi iqlim diplomatiyasında mühüm institusional varislik imkanı yaradır. Ankara enerji keçidini yalnız enerji sektoru ilə məhdudlaşdırmır, onu sənaye istehsalı, nəqliyyat, şəhərsalma və texnoloji innovasiyalarla əlaqələndirən kompleks inkişaf modeli kimi təqdim edir. Türkiyənin güclü turizm və konqres infrastrukturu, inkişaf etmiş nəqliyyat şəbəkəsi və beynəlxalq tədbirlərin təşkili sahəsində topladığı təcrübə Antalya platformasının üstünlüklərini artırır".

“Türkiyənin COP31 üçün formalaşdırdığı diplomatik xəttin əsasən iqtisadi transformasiya və regional əməkdaşlıq üzərində qurulacağı gözlənilir. Ankara bu platformadan Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika arasında enerji keçidi, yaşıl texnologiyalar və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi üçün istifadə etməyə çalışacaq. Türkiyə həm NATO üzvü, həm də regional və qlobal miqyasda təsir imkanlarına malik dövlət kimi geosiyasi mövqeyindən maksimum faydalanmağa çalışır. Azərbaycan və Türkiyənin yanaşmaları mahiyyət etibarilə bir-birini tamamlayan modellər kimi çıxış edir. Bu strateji uyğunluq qlobal səviyyədə dayanıqlı enerji əməkdaşlığının və iqlim diplomatiyasının daha da güclənməsinə xidmət edir”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see395

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see219

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see215

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see204

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see190

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see181

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see180

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see178

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see177

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see172

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see171

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see170

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see170

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see170

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see169

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see160

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see160

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri