Azərbaycanla Türkiyə arasında hərbi texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyə səfiri Birol Akgünlə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, “Baykar” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və həyata keçirilən birgə layihələr ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın inkişafına mühüm töhfələr verir.
Müzakirələr zamanı tərəflər hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 İyul 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















