Azərbaycanlı İqtisadçı alim Dünya Bankı Qrupunun sertifikatına layiq görülüb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanlı iqtisadçı-alim Nazim Şükürov “World Bank Group”un eksperti qismində “Business Ready 2025” layihəsinə verdiyi peşəkar töhfəyə görə sertifikatla təltif olunub.
XQ-yə AMEA-dan bildirilib ki, “Business Ready” Dünya Bankı Qrupunun biznes mühitini mikroiqtisadi baxımdan qiymətləndirən əsas korporativ hesabatı hesab olunur. Sözügedən sənəddə şirkətlərin investisiya mühiti, biznesin qurulması və inkişafı üçün normativ-hüquqi baza, dövlət xidmətlərinin səmərəliliyi, həmçinin rəqabət və innovasiya imkanları dəyərləndirilir.
Hesabatda Azərbaycanda biznesin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı müvafiq indikatorlar üzrə qiymətləndirmələr və göstəricilər yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 İyul 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















