Azərenerji Təchizat məcburi auditdən yayındı
"Azərenerji Təchizat" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel İsmayılovanın icraatındadır.
Xəyal Quliyev
Baxış sayı:73
Mənbə:https://pravda.az
manatadək məbləğdə
auditdən yayınmağa
auditor xidməti
cərimə edilir
edilir maddəsinə
günel smayılovanın
hakimi günel
hallarda həyata
hüquqi şəxslər