Icma.az
close
up
RU
Badamdar xəmiri hələ çox su aparacaq: Bağlı yola 5 ayda heç bir qurum əncam qılmayıb

Badamdar xəmiri hələ çox su aparacaq: Bağlı yola 5 ayda heç bir qurum əncam qılmayıb

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə yol sürüşmə təhlükəsi ilə bağlı aprel ayının 5–dən etibarən beton maneələrlə bağlanıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Həmin dövrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunurdu ki, vəziyyət qiymətləndirilib və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul olunub. 

Qeyd edək ki, Badamdar ərazisində sürüşmə problemi ilə bağlı avtomobil yolunun bağlanması ilk  deyil. Belə ki, 13 oktyabr 2018-ci ildə Badamdar ərazisində sürüşmə baş vermiş, yolun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılmışdı. O zaman “Azərsu” ASC sürüşmə zonasında kanalizasiya xətlərinin çəkiləcəyini açılamışdı. 

Bu isə ərazidə problemlərin həlli üçün ümidləri artırmışdı. Bildirilmişdi ki, Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. 

Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəis olmuş Əziz Qaralov bildirmişdi ki, Badamdarda kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alınacaq. 

Onu da qeyd edək ki, 2018-ci il sürüşməsi nəticəsində Badamdar yolu təxminən 1 il bağlı qaldı. Hətta həmin vaxt işə yaponiyalı mütəxəssisləri də işə cəlb edildi. 

Lakin yaponlar da ərazidəki vəziyyətə çarə qıla bilmədilər. Onlar sürüşmə zonasında quyular qazıb, qrunt suyunu aşağı salmağa cəhd göstərsələr də, bu üsulla da əldə edilən nəticə effektiv olmadı. 

Bir müddət sonra, yəni 2020-ci ildən payız-qış aylarında yenə də ərazidə sürüşmə baş verdi. Ondan sonra yağıntının miqdarından asılı olaraq hər il bu sürüşmələr təkrarlandı. 

Badamdar yolunun nəqliyyatın hərəkəti üçün sonuncu dəfə bağlanmasından 5 ay keçir. Maraq doğuran isə odur ki, beton maneələrin yerləşdiyi əraziyə qədər getmək mümkün olsa da, məhz həmin kiçik bir hissə olan beton səddi keçmək mümkün deyil. 

Eləcə də həmin beton maneələrin sağ və sol hissəsində olan bütün iaşə obyektləri fəaliyyət göstərir. Ancaq həmin beton hissələrin yerləşdiyi, sürüşmə zonası adlandırılan ərazinin probleminə “dərman” tapılmır. 

Müvafiq qurumlardan problemin həlli ilə bağlı görülən işlərə dair məlumat almaq istəsək, hər dəfə eyni sözü eşitməli oluruq. Bakı İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA), Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu məsələnin onlara aidiyyəti olmadığını bildirirlər. 

Fövqəladə Hallar Nazirliyindən isə bildirilir ki, araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir: 

“Hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın "Shinyei Kaisha" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. 

İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. Xatırladaq ki, hələ 2018-ci ildə də həmin əraziyə yaponiyalı mütəxəssislər cəlb edilsə də, nəticəsiz qalıb. 

Beləliklə, bir neçə aydır ki, Badamdar yolunun bağlı olması ictimai nəqliyyatın hərəkəti üçün problemə çevrilib. Belə ki, 53 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar da yolun bağlı olması səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalıb. 

Yaxın günlərdə rta və ali təhsil müəssisələrində dərslərin başlanmasını, eləcə də 2026-cı il Formula 1 Azərbaycan Qran Prisinin 24–26 sentyabr tarixlərində keçiriləcəyini nəzərə alsaq, vətəndaşlar ikiqat çətinliklə üzləşəcəklər.

Üstəlik, yay artıq başa çatır və Badamdar ərazisində mövcud problemi yay müddətində, isti havalarda, Bakıda əhali nisbətən azalanda həll etmək daha məqsədəuyğun idi. Qarşıdan yağış və qarlı hava şəraitinin hökm sürəcəyi payış-qış fəsli gəlir, həmin dövrdə isə sürüşmə təhlükəsi daha da artacağını nəzərə alsaq, belə görünür ki, bu xəmir hələ çox su aparacaq. Həmin ərazidə problemin davamlı olaraq təkrarlanması isə onu göstərir ki, müvafiq qurumlar ya bu işin öhdəsindən gələ bilmir, ya da heç gəlmək istəmirlər. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri