Icma.az
close
up
RU
Bakı Lənkəran marşrutunda narazılıq: Niyə müasir avtobuslar işləmir?

Bakı Lənkəran marşrutunda narazılıq: Niyə müasir avtobuslar işləmir?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Jurnalist Xəqani Səfəroğlu Bakıdan Lənkərana səfəri zamanı avtobusların vəziyyəti ilə bağlı narazılığını bölüşüb. O, marşrut üzrə sərnişinlərə müasir, geniş və kondisionerli avtobuslar əvəzinə köhnə mikroavtobusların xidmət göstərməsini tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, Səfəroğlu bildirib ki, Lənkərana bilet alarkən böyük, işıqlı, kondisionerli və rahat avtobusda səfər edəcəyini düşünüb. Lakin avtovağzala çatdıqda gözləntisi doğrulmayıb.

Onun sözlərinə görə, sərnişinləri Lənkərana aparan mikroavtobus olduqca köhnə və narahat vəziyyətdə olub:

“1980-ci illərin istehsalı olan “Mercedes” minibusu bizə qaşqabaqla baxaraq sərnişinləri yığırdı. Fikir verdim: Bu, əvvəl yük avtomobili olub. Sonra işbazlar içəriyə oturacaqlar düzərək onu “adam aparan maşına” çeviriblər”.

Jurnalist mikroavtobusun dar və sıx olduğunu, kondisionerin isə lazımi səviyyədə işləmədiyini qeyd edib. Bundan əlavə, baqaj yerinin sərnişinlərin çamadanlarını yerləşdirmək üçün kifayət etmədiyini bildirib.

“Çamadanları necə gəldi basıb üst-üstə yığan sürücü tərini silib, ‘bu qədər çamadanı nə üçün aparırsınız axı?’ deyə istirahətə gedən sərnişinlərin ünvanına gileylənirdi”, – deyə Səfəroğlu yazıb.

Xəqani Səfəroğlu əsas sualın isə Bakı-Lənkəran istiqamətində niyə müasir və rahat avtobusların işləməməsi olduğunu vurğulayıb.

Onun apardığı araşdırmaya görə, əsas səbəb marşrutun sahibkarlar üçün iqtisadi baxımdan cəlbedici olmamasıdır.

Bildirilir ki, böyük avtobuslarda bütün biletlərin satılmaması, boş yerlərin qalması, yanacaq və digər istismar xərclərinin yüksək olması şirkətlərin bu istiqamətə marağını azaldır.

Səfəroğlu yazır ki, bu səbəbdən şirkətlər Lənkərana böyük və müasir avtobuslar çıxarmağa həvəs göstərmirlər.

Məsələ ilə bağlı daha bir diqqətçəkən məqam isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Lənkəran marşrutunu 2025-ci ildə bir neçə dəfə müsabiqəyə çıxarması, lakin böyük avtobus parkına malik şirkətlərin müsabiqəyə maraq göstərməməsidir.

Bu vəziyyət isə bir sıra suallar doğurur:

Ölkənin əsas turizm və nəqliyyat istiqamətlərindən biri olan Bakı–Lənkəran marşrutu niyə sahibkarlar üçün cəlbedici deyil? Böyük avtobusların işləməsinə mane olan əsas problem nədir? Marşrutun rentabelliliyini artırmaq və sərnişinlərə daha komfortlu nəqliyyat xidməti göstərmək üçün hansı addımlar atılmalıdır?

Lənkəran istiqamətində müasir avtobusların olmaması həm yerli sakinlərin, həm də bölgəyə səfər edən turistlərin rahatlığı baxımından müzakirə mövzusudur.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see364

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see359

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see352

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see347

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see341

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see297

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see265

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see265

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see258

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see253

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see234

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see232

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see232

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see226

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see224

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see215

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see213

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see201

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see197

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri