Bakı məktəblərində müəllim işləmək istəyənlər nə etməlidir? VACİB TÖVSİYƏ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Əgər müəllimliyə namizəd şəhər məktəblərinin və ya region şəhərlərindən birini hədəfləyirsə, o halda əlbəttə ki, o, müəllimlərin işə qəbulu (MİQ) imtahanına daha çox çalışmalı və yüksək nəticə göstərməlidir. Biz bilirik ki, artıq Bakı şəhəri üzrə hər yerə ən azı onlarla namizəd müəyyənləşir. Əlbəttə ki, bu halda imtahan nəticələrindən çox şey asılıdır. Kimlərin balı maksimum bala yaxındırsa, onlar artıq şəhər məktəblərində çətinlik çəkmədən vakansiyaları təmin edə biləcəklər".
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli namizədlərin müəllimlərin işə qəbulu (MİQ) imtahanına necə hazırlaşmalı olduqlarından danışarkən bildirdi.
Həmsöhbətimiz vurğuladı ki, bu il artıq pedaqoji ixtisaslarda oxuyan sonuncu kurs tələbələri də universitetdən arayış təqdim etməklə MİQ imtahanlarında iştirak edə biləcəklər:
"Əlbəttə ki, bu, onlara müəyyən təcrübə qazandıracaq ki, növbəti illərdə əgər birinci cəhddə uyğun nəticə göstərə bilməsələr, növbəti illər üçün əlbəttə ki, daha hazırlıqlı olacaqlar və nəticəyönümlü iş üçün çalışacaqlar. Çox az günlər qalıb. Mən bütün müəllimlərin hamısına zehn açıqlığı, uğurlar arzulayıram".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 İyun 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















