Icma.az
close
up
RU
Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?

Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsində əsas tikinti mərhələsinə start verilməsi paytaxtın nəqliyyat sistemində yeni dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Avtosfer.az xəbər verir ki, avqustun 15-dən etibarən həyata keçiriləcək işlər metro şəbəkəsinin buraxılış qabiliyyətinin artırılması, qatarların hərəkətinin optimallaşdırılması və gələcəkdə yeni istiqamətlərin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs xətlərin ayrılması sərnişinlərin gündəlik gediş-gəlişinə və Bakı metrosunun gələcək inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, xətlərin ayrılması Bakı metrosunun gələcək inkişafı üçün yeni mərhələnin əsasını qoyur:


"Bu addım yeni stansiyaların və istiqamətlərin tikintisini texniki baxımdan daha əlçatan edəcək, metro şəbəkəsinin buraxılış qabiliyyətini artıracaq və gələcək genişlənmə prosesini sürətləndirəcək. Bundan sonra Yaşıl xəttin müstəqil şəkildə Ağ Şəhər, Yeni Yasamal və Həzi Aslanov istiqamətində uzadılması, həmçinin yeni depoların və stansiyaların daha səmərəli istismarı mümkün olacaq. Eyni zamanda, Yaşıl və Qırmızı xətlərin ayrılması Bakı metrosunda sərnişin sıxlığının azaldılması istiqamətində mühüm addımlardan biri hesab olunur. Hazırda hər iki xəttin “28 May” stansiyasında kəsişməsi qatarların hərəkət intervalını məhdudlaşdırır və bir istiqamətdə yaranan gecikmə digər xəttin fəaliyyətinə də təsir göstərir”. 
Ekspert əlavə olaraq qeyd edib ki, xətlərin ayrılması nəticəsində hər iki xətt müstəqil fəaliyyət göstərəcək, qatarların hərəkət tezliyi artacaq, gözləmə müddəti azalacaq və metro sisteminin etibarlılığı yüksələcək:
“Bu isə sərnişinlərin daha rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə yanaşı, paytaxtın nəqliyyat infrastrukturunun daha səmərəli fəaliyyətinə də mühüm töhfə verəcək".

Fatimə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Avqust 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see226

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see225

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see223

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see220

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see218

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see217

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see192

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see192

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see192

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see191

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see191

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see188

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see185

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see185

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see181

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see177

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see174

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see172

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see168

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri