Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı Onları hansı cəza gözləyir? VİDEO

Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı Onları hansı cəza gözləyir? VİDEO

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Müasir dövrdə texnologiyanın inkişafı özü ilə bir çox yeniliklər gətirsə də, bəzən onun mənfi tərəflərindən də qaçmaq olmur. Son vaxtlar bəzi şəxslərin ictimai yerlərdə canlı yayım açaraq ətrafdakı insanları onların razılığı olmadan görüntüyə alması və bu görüntüləri sosial şəbəkələrdə yayımlaması halları diqqət çəkir. Üstəlik, görüntüyə alınan şəxslər canlı yayımı izləyənlərin müzakirə obyektinə çevrilirlər.

Belə hallardan biri də Amburanda yaşanıb. Belə ki, bir şəxs “TikTok”da canlı yayım açaraq çimərlikdə istirahət edən qadınları görüntüyə alıb.

Bəs bu zaman qanun nə deyir? İctimai yerlərdə insanları görüntüyə almaq üçün mütləq razılıq tələb olunurmu? Belə hallara görə hansı hüquqi tədbirlər görülə bilər?

Mövzu ilə bağlı hüquqşünas Babək Umudov “Bakupost”a bildirib ki, ictimai yerlərdə şəxslərin razılığı olmadan videoya çəkilməsi və canlı yayımlanması Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Onun sözlərinə görə, ictimai məkanda çəkiliş aparmaq ümumi olaraq qadağan edilməsə də, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması ilə bağlı ciddi hüquqi çərçivələr mövcuddur:

“Konstitusiyamıza əsasən heç kəsin xəbəri olmadan və ya etirazına baxmayaraq, onun izlənilməsinə, video və ya foto çəkilişinə aparılmasına, səs yazılmasına yol verilmir. İctimai yer olsa daxil, şəxsin kadrın əsas obyekti kimi görüntülənməsi onun şəxsi həyatın toxunulmazlığı hüququna daxildir.

Eləcə də fiziki şəxsin təsvirindən (fotosundan, videoyazısından) istifadə olunmasına yalnız onun razılığı ilə yol verilir”.

B.Umudov istisna halları da qeyd edib:

“Şəxs ictimai fəaliyyət göstərirsə, çəkiliş ictimai maraq kəsb edirsə, dövlət və ya ictimai təhlükəsizlik maraqları naminə aparılırsa və ya şəxs kütləvi tədbirin (konsert, mitinq, idman yarışı və s.) ümumi kadrına düşübsə, razılıq tələb olunmaya bilər. Lakin canlı yayım edən şəxs fokusunu xüsusi olaraq konkret bir fərdə və ya qrupa yönəldirsə (məsələn, çimərlikdə istirahət edən birinə), bu artıq qanun pozuntusudur”.

B.Umudov qeyd edib ki, razılığı olmadan görüntüləndiyini düşünən aşağıdakı addımları ata bilər:

“- Yayımın dərhal dayandırılması, yayılmış kadrların silinməsi tələb edilə bilər.

- Şəxsi həyata müdaxilə, şərəf və ləyaqətin, işgüzar nüfuzun zədələnməsi əsası ilə mənəvi və maddi zərərin əvəzinin ödənilməsi məhkəmə qaydasında tələb oluna bilər.⁠

- ⁠Fərdi məlumatların (o cümlədən şəxsin vizual təsvirinin) qanunsuz toplanması və ya işlənilməsinə görə inzibati cərimə nəzərdə tutulur. Zərərçəkən şəxs polis orqanlarına (DİN) müraciət edərək akt tərtib etdirə bilər”.

B.Umudov vurğulayıb ki, canlı yayım açan şəxs ətrafdakıları narahat edərək müqavimət göstərərsə və ya nalayiq davranışlar edərsə, bu hal xırda xuliqanlıq kimi tövsif edilə bilər:

“Əgər çəkiliş şəxsin özəl həyatının sirrini təşkil edən fərdi məlumatlarını qanunsuz toplamaq, satmaq və ya yaymaq məqsədi daşıyarsa (məsələn, çimərlikdə intim/özəl anları gizli çəkib yaymaq), bu artıq cinayət tərkibi yaradır və cərimə, islah işləri və ya azadlığın məhdudlaşdırılması, hətta xüsusi hallarda azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Hüqçəkiliş şəxsin özəl həyatının sirrini təşkil edən fərdi məlumatlarını qanunsuz toplamaq, satmaq və ya yaymaq məqsədi daşıyarsa (məsələn, çimərlikdə intim/özəl anları gizli çəkib yaymaq), bu artıq cinayət tərkibi yaradır və cərimə, islah işləri və ya azadlığın məhdudlaşdırılması, hətta xüsusi hallarda azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

- Xüsusi Rejimli Məkanlar: Strateji obyekt olan binalar, hərbi sahələr, məhkəmə zalları, səsvermə məntəqələri və təhlükəsizlik zonalarında çəkiliş və canlı yayım qanunla qadağandır.

- Xüsusi Mülkiyyət və İstirahət Mərkəzləri: Çimərliklər, otellər, restoranlar və ya özəl istirahət kompleksləri öz daxili qaydaları ilə (məsələn, girişdə xəbərdarlıq lövhəsi yerləşdirərək) öz ərazilərində canlı yayım və ya çəkiliş aparılmasına daxililəşdirilmiş məhdudiyyət/qadağa qoya bilərlər.

- ⁠Şəxsi Məhrəmlik Zonaları: İctimai yerlərin tərkibində olan, lakin şəxsi məhrəmlik gözlənilən zonalarda (geyinmə-soyunma otaqları, sanitar qovşaqlar, çimərliklərin geyinmə kabinələri) çəkiliş aparmaq tamamilə qadağandır və cinayət məsuliyyətinə səbəb ola bilər”.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Avqust 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see375

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see292

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see284

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see270

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see245

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see234

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see223

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see222

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see216

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see216

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see211

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see211

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see210

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see204

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see202

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see182

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see178

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri