Batan gəmidən sağ çıxan dəhşətli anları danışdı: “Xilasedici jileti tapmadıq, qapını üzümüzə bağladılar” (Video)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Milli.Az xəbər verir ki, hadisədən sağ çıxan gənc sərnişin gəmidə yaşanan dəhşətli anlardan danışıb.
Onun sözlərinə görə, gəmi güclü dalğalar səbəbindən hərəkət edərkən son dərəcə təhlükəli vəziyyət yaranıb:
"Gəmi dalğaların üzərindən atlanaraq gedirdi, sanki suda getmirdi, uçurdu. Daha sonra oturacaqlar partladı, içəriyə su fışqırdı. Biz qışqırdıq ki, təcili xidmətə zəng edin. Hələ yeni hərəkətə başlamışdıq.
Bir nəfər gəlib dedi ki, problem yoxdur, hər şey normaldır. Daha sonra üzərimizə qapını bağladılar. Dedilər ki, gözləyin, sizi çıxaracağıq. Xilasedici jileti tapa bilmədik və qapını üzümüzə bağladılar".
Sərnişinin sözləri gəmidəki vəziyyətin nə qədər ağır olduğunu ortaya qoyub.
Bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə bağlı daha ətraflı videomaterialda:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Sentyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















