Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 10 iyun, AZƏRTAC
Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən ümumilikdə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Gimnastlar yeniyetmələr, gənclər və böyüklər olmaqla müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. İştirakçılar batut gimnastikası üzrə fərdi və sinxron proqramlarda, tamblinq üzrə isə fərdi proqramlarda çıxış edərək hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarış zamanı idmançılar texniki elementlərin dəqiq icrası, yüksək koordinasiya bacarıqları, çeviklik və ustalıqları ilə seçiliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda gimnastlar birincilik uğrunda yarışıblar.
Yarışda batut gimnastikası üzrə dünya çempionatının sinxron proqramında bürünc medalçısı, "Paris-2024" Yay Olimpiya Oyunlarının iştirakçısı Selcan Mahsudova və dünya çempionatının sinxron proqramında bürünc medalçısı, III MDB Oyunlarının qızıl medalçısı Maqsud Mahsudov, tamblinq üzrə ikiqat dünya çempionu, Dünya Oyunlarının gümüş medalçısı, Avropa çempionu və ikiqat gümüş medalçısı Tofiq Əliyev, üçqat sünya çempionu, Avropa çempionu, həmçinin gümüş medalçısı Mixail Malkin, eləcə də ikiqat dünya çempionu, Avropa çempionu, Avropa çempionatının gümüş medalçısı Adil Hacızadə də iştirak ediblər. Batut gimnastikası üzrə qadınların fərdi proqramında Selcan Mahsudova, kişilərin fərdi proqramında isə Maqsud Mahsudov qızıl medal qazanıb.
Tamblinq üzrə yarışda Tofiq Əliyev qızıl, Mixail Malkin gümüş, Adil Hacızadə isə bürünc medalın sahibi olub.
Çempionatın əsas məqsədi gənc və perspektivli idmançıların üzə çıxarılması, onların yarış təcrübəsinin artırılması, milli komanda üçün ehtiyat qüvvənin formalaşdırılması, eləcə də ölkədə batut gimnastikası və tamblinq növlərinin inkişafına dəstək göstərmək olub.
Yekun nəticələrə əsasən, Bakı Gimnastika Məktəbinin yetirmələri yüksək nəticələr əldə edərək müxtəlif yaş kateqoriyalarında və proqramlarda mükafatçılar sırasında yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 10 İyun 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















