BDU ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında anlaşma memorandumu imzalanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi BDU-da Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfrans çərçivəsində reallaşıb.
Memorandum peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcək. Sənəd iki qurum arasında ortaq tədqiqatların aparılmasını, təhsilalanlar, gənc tədqiqatçılar üçün təcrübə proqramları, mentorluq, seminar və təlim proqramlarının təşkilini nəzərdə tutur. Sorğular və sosial tədqiqatların keçirilməsi, ictimaiyyətlə əlaqələrin və məlumatlandırma kampaniyalarının birgə təşkili, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların keçirilməsi də memorandumda əks olunub.
Baxış sayı:91
Bu xəbər 05 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















