“Bir amal uğrunda döyüşəndə sıldırım qayaları necə qalxdığını özün də hiss etmirsən” VİDEO ANONS
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“525-ci qəzet”in 6 noyabr tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-Zadənin Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovla apardığı maraqlı müsahibədir.
Müsahibədə Yaşar Hüseynov uşaqlıq illərindən, Ağdamın Abdal Gülablı kəndinin işğalından sonra yaşadığı qaçqınlıq həyatından və hərbçi olmaq qərarından danışır. Ailəsində bir qardaşının Birinci Qarabağ müharibəsində şəhid olduğunu, iki qardaşının isə müharibə veteranı olduğunu bildirən qəhrəman Vətənə, doğma torpağa və qardaşına bağlılığının onu hərbi xidmətə gətirdiyini vurğulayır.
Söhbət zamanı Xüsusi Təyinatlı Qüvvələrdə keçdiyi 25 ildən artıq xidmət yolu, ağır təlimlər və 2014-cü ildə aldığı güllə yarasından sonra yenidən xidmətə qayıtması ilə bağlı xatirələrini bölüşür. Hərbçi qeyd edir ki, qolundakı qurğu tam çıxarılmadan, həkimlərin etirazına baxmayaraq, bütün məsuliyyəti üzərinə götürərək xidmətini davam etdirib.
Müsahibədə 2020-ci il Vətən müharibəsində iştirakına və döyüş yoluna geniş yer verilir. Yaşar Hüseynov Şuşa əməliyyatının gedişini ətraflı nəql edir. Xocalının Sığınaq kəndi istiqamətindən Şuşaya doğru hərəkət etmələrini, dağlıq ərazilərdən keçərək Laçın dəhlizinə çatmalarını və noyabrın 5-də şəhərə daxil olmalarını xatırlayır.
Qəhrəman Şuşada Azərbaycan bayrağını ucaltdığı və ilk azanı verdiyi anları da bölüşür. Noyabrın 7-də separatçı rejimin bayrağını çıxararaq üçrəngli Azərbaycan bayrağını qondarma Duma binasının üzərinə sancdıqlarını, həmin hündürlükdə Şuşanın səmasına ucalan ilk azanı verdiyini bildirir.
Müsahibənin sonunda Vətən Müharibəsi Qəhrəmanı bugünkü gəncliyə münasibətini bölüşür və Azərbaycanın gələcəyinin əmin əllərdə olacağına şübhə etmədiyini vurğulayır.
Nigar Abbasova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 05 Noyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















