Icma.az
close
up
RU
Bir məktubun izi ilə: Türk mühəndis “Vardanyan layihəsi“nin pərdəarxasına işıq saldı ŞƏRH

Bir məktubun izi ilə: Türk mühəndis “Vardanyan layihəsi“nin pərdəarxasına işıq saldı ŞƏRH

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün strateji təyinatlı polimer materiallar hazırlayan, B-2 bombardmançı təyyarələrinin radar görünməzliyini təmin edən xüsusi örtük texnologiyalarının müəlliflərindən biri kimi tanınan türk-amerikalı mühəndis Ergün Kırlıkovalının amerikalı esseist və risk nəzəriyyəçisi Nassim Nikolas Talebə ünvanladığı açıq məktub Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Ruben Vardanyan ətrafında beynəlxalq müstəvidə yaradılan miflərə bir daha aydınlıq gətirməyə imkan verir.

Bu müraciətə iki tanınmış alimin polemikası kimi yox, daha geniş prizmadan baxmaq lazımdır. Çünki bir-birinə zidd olan iki fikir, əslində, beynəlxalq nüfuza malik tanınmış şəxslərin münaqişələrə qiymət verərkən hansı meyarları əsas tutmalı, şəxsi simpatiya və tərəfkeşliyə deyil, faktlara əsaslan ədalətli mövqe nümayiş etdirməli olduqlarını ortaya çıxarır.

Türk mühəndis, əslində, Nassim Nikolas Talebin əsərlərində təbliğ etdiyi prinsiplərə sadiq qalmadığını bütün çılpaqlığı ilə ortaya qoyub. "Qara qu quşu", sistem riskləri, yanlış narrativlər və idrakın kor nöqtələri haqqında dünyada milyonlarla oxucu qazanan müəllif Ruben Vardanyan məsələsində məhz həmin "narrativ tələsi"nə düşüb. Kırlıkovalı hesab edir ki, Vardanyanın uzun illər ərzində formalaşdırılmış "xeyriyyəçi" imici onun siyasi fəaliyyəti, maliyyə əlaqələri və Qarabağdakı roluna dair yaranmış sualları kölgədə qoyur. Məktub müəllifi Talebi emosional təsəvvürlərdən uzaqlaşmağa və Vardanyanı məhz onun özünün təbliğ etdiyi skeptik yanaşma ilə qiymətləndirməyə çağırır.

Ergün Kırlıkovalı

Kırlıkovalı Talebin Vardanyan məsələsinə görə Bakıda mühazirə oxumaqdan imtina etməsini selektiv yanaşmanın nümunəsi olduğunu vurğulayır. Onun fikrincə, yalnız bir şəxsin hüquqlarını müdafiə etmək, lakin Ermənistan-Azərbaycan münaqişəsinin bütün humanitar nəticələrini eyni həssaslıqla qiymətləndirməmək obyektiv mövqe sayıla bilməz. Məktub müəllifi vurğulayır ki, həqiqi humanizm yalnız beynəlxalq mediada tanınan fiqurlar üçün deyil, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş, həlak olmuş və yaralanmış, həmçinin uzun illər hüquqları pozulmuş yüz minlərlə insan üçün də eyni həssaslığın göstərilməsini tələb edir.

Məktubun ən diqqətçəkən hissələrindən biri isə Talebin ictimai nüfuzunun hansı məqsədlə istifadə olunması ilə bağlı irəli sürülən tənqiddir. Kırlıkovalının qənaətincə, dünyada böyük auditoriyaya malik bir intellektualın Ruben Vardanyanı "siyasi məhbus" kimi təqdim etməsi onun törətdiyi əməllərin beynəlxalq müstəvidə kölgədə saxlanılmasına xidmət edir.

Türk mühəndis bu gün Ruben Vardanyan barədə beynəlxalq ictimai rəydə formalaşdırılan saxta obrazı darmadağın edərək onun separatizm, regional təhlükəsizlik, beynəlxalq maliyyə əlaqələri kontekstində dəyərləndirilməli olduğunu diqqətə çatdırır.

Vardanyan illərdir əlindəki maliyyə rıçaqlarından istifadə edərək fərqli imic formalaşdırsa da, Bakıda keçirilən məhkəmə prosesi və toplanan faktlar onun fərqli fəaliyyətlərlə məşğul olduğunu üzə çıxarıb. Məlum olub ki, beynəlxalq mediada vaxtaşırı "xeyriyyəçi" kimi təqdim edilən Vardanyan, əslində, separatçılığı və terroru dəstəkləyən, onu maliyyələşdirən, bölgədə sülh prosesinə mane olmağa çalışan, nəzarətsiz ərazilərin təbii sərvətlərini talamaqla sərvət toplayan bir şəxsdir.

Məhz bu faktlara görə də Kırlıkovalı Talebə ünvanladığı məktubda məsələyə daha geniş prizmadan baxmağı, şəxsi simpatiyanı kənara qoymağı tövsiyə edir.

Vardanyan üçün "filantrop" imici formalaşdıran çevrələr nədənsə onun "səxavəti"nin mənbəyi barədə susmağa üstünlük verirlər. Çünki bu şəxsin adı təkcə Azərbaycana qarşı cinayətlərdə deyil, həm də beynəxalq araşdırmaların predmetinə çevrilmiş qalmaqallı maliyyə fırıldaqları və Rusiya siyasi-biznes elitası ilə sıx əlaqələrlə gündəmə gəlib.

Nassim Nikolas Taleb

Yeri gəlmişkən, təkcə beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi OCCRP-nin "Troika Laundromat" araşdırması "xeyriyyəçi" Vardanyanın realda kim olduğunu açıq-aşkar göstərir. Həmin araşdırmada Ruben Vardanyanın uzun illər rəhbərlik etdiyi "Troika Dialog" investisiya bankı ilə əlaqələndirilən geniş maliyyə şəbəkəsinin milyardlarla dolların ofşor şirkətlər vasitəsilə müxtəlif istiqamətlərə yönəldilməsində rol oynadığı ifşa edilib. OCCRP-nin qənaətinə görə, bu mexanizm yalnız kommersiya əməliyyatlarına deyil, həm də nüfuzun formalaşdırılması, siyasi təsir imkanlarının genişləndirilməsi və vəsaitlərin mürəkkəb maliyyə sxemləri vasitəsilə hərəkətinə xidmət edib.

Son illərdə Qərb mediasında və analitik mərkəzlərin hesabatlarında Vardanyanın Rusiya hakim dairələri ilə uzun illər formalaşmış münasibətləri, onun biznes şəbəkəsinin Kremlə yaxın oliqarxiya və siyasi elita ilə əlaqələri, eləcə də müxtəlif şirkətlərinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən qurumlarla mümkün əlaqələri barədə iddialar da müzakirə olunub.

Bu prizmadan baxanda görmək olar ki, Vardanyanın 2022-ci ildə birdən-birə Rusiya vətəndaşlığından imtina etməsi, qanunsuz yolla Azərbaycan ərazisinə keçməsi, həmin vaxt Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağda qurulmuş separatçı rejimin rəhbərliyinə gətirilməsi və digər fəaliyyətləri heç də onun özünü millətinə fəda etmək niyyətindən irəli gəlmirdi.

Vardanyanın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına qarşı sərt ritorikasının da təsadüfi olmadığı və geosiyasi oyunların tərkib hissəsi olduğu üzə çıxır. Görünür, ona ayrılan missiya da elə sülhə mane olmaqdan ibarət idi. Onun fəaliyyəti separatçı rejimin dayanıqlılığını uzatmağa, 44 günlük müharibədən sonra bölgədə yaranmış sülh imkanlarının reallaşmasına mane olmağa xidmət edən amildən başqa bir şey deyildi.

Maraqlıdır ki, Rubenin həbsindən sonra başlayan qanuni məhkəmə prosesləri və onun fəaliyyətinin faktlarla ifşasından sonra ailəsi beynəlxalq informasiya məkanına maliyyə rıçaqları ilə nüfuz edərək Azərbaycan əleyhinə kampaniyalara start verdi. Xüsusilə, onun arvadı Veronika Zonabend və oğlu David Vardanyanın əsas məqsədi Rubeni "siyasi məhbus" kimi təqdim etmək idi. Amma özlərini məzlum kimi təqdim edən bu ailə fərdlərinin adı paralel olaraq yenidən maliyyə şəbəkələri ilə bağlı hallanmağa başladı. Beynəlxalq mediada dərc olunan korrupsiya araşdırmalarında Ruben Vardanyanla əlaqələndirilən "Digimarket" şirkətinin Rusiyada yenidən qeydiyyata alınması zamanı sahibi kimi Veronika Zonabendin göstərildiyi bildirilir. Bu fakt vaxtilə OCCRP-nin "Troika Laundromat" araşdırması ilə gündəmə gələn mürəkkəb ofşor maliyyə şəbəkələri və Vardanyanın biznes əlaqələri barədə müzakirələri yenidən aktuallaşdırıb.

Yekun olaraq, deyə bilərik ki, türk mühəndis Ergün Kırlıkovalının Nassim Talebə ünvanlandığı məktub, əslində, ölkələrin hüquq-məhkəmə sistemləri və suveren ərazilərinə hörmətlə yanaşılmasının vacibliyi kimi prinsipləri yenidən nəzərdən keçirməyə sövq edir. Ruben Vardanyan işi göstərdi ki, beynəlxalq aləmdə formalaşdırılan hər bir siyasi və ya humanitar obraz arxasında dayanan faktlar, hüquqi sənədlər və real fəaliyyət ayrıca qiymətləndirilməlidir. Dezinformasiya kampaniyaları hətta dünyanın ən nüfuzlu simalarının iştirakı ilə keçirilsə belə, hüquqi prosesləri kölgədə qoya bilməz və qoymamalıdır. /Report/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Avqust 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see633

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see537

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see294

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see255

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see253

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see224

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see202

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see202

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see195

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see173

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see164

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri