Icma.az
close
up
RU
Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin müşahidəçisi olmadığını bir daha nümayiş etdirdi ŞƏRH

Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin müşahidəçisi olmadığını bir daha nümayiş etdirdi ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Dünyada yeni siyasi və iqtisadi nizam formalaşır. Qlobal güc balansının dəyişməsi, alternativ nəqliyyat marşrutlarının meydana çıxması, Asiyanın iqtisadi çəkisinin artması Avrasiyanı beynəlxalq siyasətin əsas məkanlarından birinə çevirir. Şanxay Əməkdaşlıq Təşkilatının artan nüfuzu da bu prosesin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığının dərinləşməsi məhz bu dəyişən reallıqlar fonunda qiymətləndirilməlidir. Azərbaycan təkcə Cənubi Qafqaz ölkəsi kimi deyil, Avropa ilə Asiyanı, Şərqlə Qərbi birləşdirən mühüm regional güc kimi çıxış edir. Bu siyasətin mərkəzində Prezident İlham Əliyevin uzun illər ərzində ardıcıl həyata keçirdiyi strateji xətt dayanır: Azərbaycanın coğrafi mövqeyini siyasi və iqtisadi üstünlüyə çevirmək. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil və dəmir yolu infrastrukturu, Xəzər üzərindən Mərkəzi Asiya ilə genişlənən əlaqələr Azərbaycanın Orta Dəhlizdə rolunu əhəmiyyətli dərəcədə artırıb. Çin–Mərkəzi Asiya–Azərbaycan–Türkiyə–Avropa xətti artıq qlobal ticarət üçün alternativ deyil, strateji marşrutlardan birinə çevrilməkdədir.

Bu mənada Azərbaycanın üstünlüyü təkcə onun əlverişli coğrafiyasında deyil. Əsas üstünlük həmin coğrafiyanın dövlət siyasəti və böyük infrastruktur layihələri vasitəsilə real geoiqtisadi kapitala çevrilməsidir.

"Son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin sürətlə inkişafı da təsadüfi deyil. Azərbaycan Xəzərin qərb sahilində Mərkəzi Asiyanın Türkiyə və Avropaya çıxışında əsas tərəfdaşlardan birinə çevrilir. Eyni zamanda, Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Bakının Avrasiyanın yeni iqtisadi arxitekturasındakı mövqeyini daha da gücləndirir.

Bişkekdə keçirilən “ŞƏT plyus” görüşü isə Azərbaycanın regional siyasətinin başqa mühüm nəticəsini - Cənubi Qafqazda yeni mərhələnin başlanmasını ortaya qoydu.

Prezident İlham Əliyev çıxışında bunu olduqca dəqiq ifadə etdi: “Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.”

Bu sözlərin arxasında tamamilə yeni siyasi reallıq dayanır. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib və bundan sonra region üçün sülh və əməkdaşlıq gündəliyi təklif edib.

Prezidentin Bişkekdə səsləndirdiyi digər fikir də bu baxımdan prinsipialdır: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib.”

Bu, yalnız keçmişə verilən qiymət deyil. Eyni zamanda, beynəlxalq münasibətlər sistemi üçün ciddi siyasi mesajdır. Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı dörd qətnaməsinin onilliklər ərzində icra olunmamasına diqqət çəkərək beynəlxalq təşkilatların qərarlarının effektiv icra mexanizmlərinə ehtiyac olduğunu vurğuladı. Azərbaycan bundan sonra da “çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

Diqqətçəkən başqa məqam ondan ibarətdir ki, sülh prosesi artıq iqtisadi məzmun qazanır. Prezidentin çıxışında Azərbaycanın Ermənistana neft məhsulları tədarük etdiyi, üçüncü ölkələrin yüklərinin Azərbaycan üzərindən tranzitinin həyata keçirildiyi, qarşılıqlı ticarətin və yeni nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində iş aparıldığı bildirildi.

Bu, Azərbaycanın Cənubi Qafqazla bağlı baxışının mahiyyətini göstərir: region qarşıdurma meydanı deyil, Avrasiyanın böyük bağlantı sisteminin bir hissəsi olmalıdır.

Məhz burada ŞƏT, Orta Dəhliz, Mərkəzi Asiya, Çin və Cənubi Qafqaz gündəliyi vahid strateji xətt üzərində birləşir.

Azərbaycanın müasir xarici siyasətinin mühüm uğuru ondan ibarətdir ki, ölkəmiz fərqli güc mərkəzləri arasında seçim etməyə məcbur olan dövlət deyil. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərinə, Çinlə hərtərəfli strateji tərəfdaşlığa, Mərkəzi Asiya ilə sürətlə genişlənən əməkdaşlığa, Avropa ilə mühüm enerji və iqtisadi əlaqələrə malikdir.

Bu, Prezident İlham Əliyevin formalaşdırdığı müstəqil və milli maraqlara əsaslanan xarici siyasətin nəticəsidir", - deyə A.Kərimli vurğulayıb.

Deputat əlavə edib ki, Bişkek sammiti Azərbaycanın artıq Avrasiyada gedən proseslərin kənardan müşahidəçisi olmadığını bir daha nümayiş etdirdi. Ölkəmiz yeni regional düzənin formalaşmasına təsir göstərən, sülh və əməkdaşlıq gündəliyi irəli sürən, Şərqlə Qərb arasında bağlantı yaradan mühüm aktorlardan biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri