Icma.az
close
up
RU
Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 avqust, AZƏRTAC

Bitkilərin quraqlıqdan müdafiə sistemlərinin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatlarda bitki nümunələrində antioksidant fermentlərin aktivliyi və ümumi zülalın miqdarı müasir laboratoriya avadanlığı vasitəsilə müəyyən edilir. Bu tədqiqatlar bitkilərin quraqlıq stresinə qarşı formalaşdırdığı müdafiə mexanizmlərinin öyrənilməsi və stresədavamlı genotiplərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nuranə Paşayeva söyləyib. Onun sözlərinə görə, tədqiqatın ilkin mərhələsində bitki nümunələri maye azotda homogenləşdirilir və daha sonra müvafiq ekstraksiya buferi əlavə olunur. Hazırlanmış nümunələr sentrifuqada aşağı temperatur şəraitində emal edilir. Bu proses nəticəsində alınan supernatant sonrakı biokimyəvi analizlərin aparılması üçün istifadə olunur. Alınmış supernatant əsasında həm ümumi zülalın miqdarı, həm də müxtəlif antioksidant fermentlərin aktivliyi spektrofotometrik üsulla müəyyən edilir. Hər bir antioksidant fermentin aktivliyinin təyin edilməsi üçün onun özünəməxsus reaksiya qarışığı hazırlanır. Bu reaksiyalar müvafiq reagentlərin iştirakı ilə aparılır və hər bir ferment üçün uyğun dalğa uzunluğu seçilərək spektrofotometrdə ölçmə həyata keçirilir. Hazırlanmış reaksiya qarışıqları şüşə küvetlərə yerləşdirilərək spektrofotometrə verilir və fermentlərin aktivliyi müəyyən edilir. Dəqiq nəticələrin əldə olunması üçün hər bir antioksidant fermentin ölçülməsindən əvvəl spektrofotometr müvafiq kontrol, yəni blank nümunə ilə sıfırlanır. Bu zaman həmin ferment üçün hazırlanmış reaksiya qarışığının bütün komponentləri bitki ekstraktı əlavə edilmədən küvetə yerləşdirilir və cihaz bu kontrol nümunəsinə uyğun olaraq sıfırlanır. Daha sonra eyni reaksiya qarışığına bitki ekstraktı əlavə edilərək nümunə ölçülür. Beləliklə, kontrol nümunənin göstəricisi nəzərə alınmaqla, bitki ekstraktında mövcud olan antioksidant fermentlərin aktivliyindən qaynaqlanan dəyişiklik müəyyən edilir. Hər bir ferment üçün reaksiya komponentləri və ölçmə şəraiti fərqli olduğundan, onların aktivliyi də müvafiq dalğa uzunluqlarında qiymətləndirilir. Bu yanaşma müxtəlif antioksidant fermentlərin fəaliyyətinin ayrı-ayrılıqda və daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.

Aparılan tədqiqatlar bitkilərin quraqlıq stresi şəraitində formalaşdırdığı antioksidant müdafiə sistemlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr bitkilərin stresə davamlılıq mexanizmlərinin müəyyənləşdirilməsinə, quraqlığa davamlı genotiplərin seçilməsinə və gələcək seleksiya işlərinin elmi əsaslarının formalaşdırılmasına imkan yaradır.

Müxbir - Tünzalə Zeyvəliyeva

Videooperatorlar – Ələkbər Baxşıyev, Mir Rəsul Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri