Biz susa bilmərik! Qazilər və aztəminatlı ailələr David Seliverstova dəstək üçün müəssisənin qarşısına toplaşdı
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün bir qrup qazi və aztəminatlı ailə David Seliverstova qarşı aparıldığını bildirdikləri qarayaxma kampaniyasına etiraz əlaməti olaraq onun fəaliyyət göstərdiyi müəssisənin qarşısına toplaşıb.
Newscenter.az-ın məlumatına görə, Sonxeber.az xəbər verir ki, toplaşanlar əllərində müxtəlif şüarlar tutaraq, haqqında yayılan məlumatlarla razı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, illərdir ehtiyacı olan ailələrə, qazilərə, şəhid ailələrinə və gənclərə dəstək göstərən bir insanın ictimaiyyət qarşısında bu cür hədəfə çevrilməsi onları narahat edir.
Etirazçılar çıxışlarında bildiriblər ki, insan haqqında hökm verməzdən əvvəl faktlara və hüquqi araşdırmanın nəticələrinə hörmətlə yanaşmaq lazımdır. Onlar cəmiyyəti təsdiqlənməmiş məlumatlara əsaslanaraq nəticə çıxarmamağa çağırıblar.
Toplaşanların sözlərinə görə, "yaxşı gündə yanında olub, çətin gündə susmaq vicdana sığmır". Onlar bu səbəbdən öz mövqelərini açıq şəkildə ifadə etmək qərarına gəldiklərini bildiriblər.
Aksiya iştirakçıları məsələ ilə bağlı obyektiv araşdırmanın aparılacağına ümid etdiklərini vurğulayaraq, həqiqətin yalnız hüquqi müstəvidə müəyyən edilə biləcəyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:Bəzən qazilər psixoloji dəstək istəməyə çəkinirlər
04 Mart 2026 16:19
Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
14 Mart 2025 17:03
Minlərlə insan Qəzzaya dəstək üçün Venesiya Film Festivalının qarşısına toplaşdı
30 Avqust 2025 23:14
Qazilər dərmansız qalıb
25 İyun 2025 06:57
Qazilər qayğı əhatəsində
26 İyun 2026 02:32
Baxış sayı:90
Bu xəbər 06 Avqust 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















