Böyük Britaniya və Fransa Ukraynada SCALP raketlərinin istehsalını müzakirə edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın Baş naziri Endi Börnem və Fransa Prezidenti Emmanuel Makron Ukrayna ərazisində uzaqmənzilli SCALP qanadlı raketlərinin istehsalı üçün xətlərin yaradılmasını müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının ofisi liderlərin Londonda keçirilən görüşünün yekunlarına dair bəyanatda məlumat yayıb.
“Ukrayna ilə bağlı tərəflər Britaniya texnologiyalarından istifadə edən uzaqmənzilli SCALP raketlərinin Ukrayna ərazisində istehsalı üçün xətlərin yaradılması istiqamətində növbəti addımları müzakirə ediblər”, – məlumatda bildirilib.
Börnem və Makron, həmçinin ötən həftə Kiyevdə keçirilmiş “İstəklilər koalisiyası”nın görüşünün nəticələrini müzakirə ediblər.
Bundan əvvəl Börnem hökumətinin MBDA müdafiə şirkətinə SCALP raketlərində istifadə olunan Britaniya komponentləri ilə bağlı məxfi məlumatları Ukraynaya ötürməyə icazə verdiyini açıqlamışdı.
Kremlin sözçüsü Dmitri Peskov isə Britaniyanın bu addımlarını tənqid edərək Londonun münaqişədə Ukrayna tərəfini dəstəklədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Sentyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















