Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Böyük Britaniyanın səfiri: Naxçıvan mühüm turizm və yaşıl enerji mərkəzinə çevrilə bilər

Böyük Britaniyanın səfiri: Naxçıvan mühüm turizm və yaşıl enerji mərkəzinə çevrilə bilər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 5 noyabr, AZƏRTAC

Artıq altı aydır ki, Böyük Britaniyanın Azərbaycandakı səfiriyəm. İlk rəsmi səfərim Qarabağa, ikinci rəsmi səfərim isə Naxçıvana oldu. İkinci səfərim üçün Naxçıvanı seçməyimin səbəbi, əlbəttə ki, bu torpağın Ümummilli Lider Heydər Əliyevin vətəni olmasıdır. Burada olduğum müddətdə bir sıra yüksəksəviyyəli görüşlər keçirdim. Dəmir yolu stansiyasına baş çəkərək dəmir yolu qurumlarının nümayəndələri ilə də söhbət etdim. Həmçinin saraylar və muzeylər də daxil olmaqla bir sıra mədəniyyət məkanlarını ziyarət etdim və Naxçıvan haqqında çox şey öyrəndim.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Naxçıvana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

Səfir qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan, xüsusilə də Naxçıvan arasında əməkdaşlıq üçün dörd əsas istiqamət var. Birincisi, infrastruktur, xüsusilə dəmir yollarıdır. Bu gün Böyük Britaniyanın layihələrin idarə olunması, dəmir yollarının modernləşdirilməsi və siqnalizasiya sistemləri kimi sahələrdə təcrübəsindən istifadə imkanlarını müzakirə etdik. Böyük Britaniya Naxçıvanın yaşıl enerji sahəsində inkişafına da dəstək verməkdə maraqlıdır. Buraya elektrik enerjisi interkonnektorları və Günəş enerjisi daxildir.

“Bildiyimə görə, Naxçıvan ildə 250 gün günəşli olur. Bu gün həmin günlərdən biri olmasa da, ümumilikdə Naxçıvan Günəş enerjisi üçün çox əlverişli məkandır. Beləliklə, enerji ikinci əməkdaşlıq istiqamətidir. Turizm sahəsinə də diqqət yetiririk. Son iki gün ərzində gördüyüm möhtəşəm muzeylər və mədəniyyət məkanları məndə belə bir əminlik yaradıb ki, Naxçıvan mühüm turizm mərkəzinə çevrilə bilər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində də necə dəstək göstərə biləcəyimizi araşdırırıq.

Böyük Britaniya və Azərbaycanın Naxçıvanda birlikdə işləməsi üçün çoxsaylı imkanlar mövcuddur. Bu əməkdaşlıq artıq Britaniya şirkətlərinin iştirakı ilə başlayıb. Burada fəaliyyət göstərən “Chapman Taylor” şirkəti şəhərin 20 illik Baş planını hazırlayacaq və onsuz da gözəl olan Naxçıvanı gələcəyə uyğun şəkildə inkişaf etdirməyə kömək edəcək. Bu, iki ölkənin əməkdaşlığının yaxşı nümunəsidir. İnanıram ki, qarşıdakı aylar və illər ərzində belə nümunələrin sayı daha da artacaq", - deyə D.Norman vurğulayıb.

Səfirin sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlər BP şirkətinin bu əlaqələrin təməl daşı olduğu dövrdən başlayıb: “BP bu gün də münasibətlərimizdə mühüm rol oynayır. Lakin əməkdaşlığımız artıq yaşıl enerji, digər kommersiya əlaqələri və investisiyalar kimi sahələri də əhatə edir. Müdafiə və təhlükəsizlik məsələlərində də birlikdə çalışırıq. Enerji sahəsi hələ də vacibdir, amma münasibətlərimizin digər istiqamətləri də genişlənib. Azərbaycanın müstəqil və özünəinamlı dövlətə çevrildiyini, regionda müstəqil siyasət yürütdüyünü görmək çox sevindiricidir. Azərbaycan getdikcə daha böyük uğurlar qazanır və onun yaxın tərəfdaşı olmaq bizim üçün çox önəmlidir. Biz Azərbaycanla çox yaxın tərəfdaşıq və qarşıdakı illərdə əlaqələrimizi daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".

O qeyd edib ki, Böyük Britaniyanın “Chevening” adlı təqaüd proqramı var. Bu proqram magistratura təhsili almaq istəyən tələbələrə Böyük Britaniyada təhsil imkanı yaradır və müraciət etmək mümkündür. Eyni zamanda, Azərbaycanın özünün Dövlət Proqramı da mövcuddur. Bu il xaricdə təhsil almaq üçün seçilən tələbələrin 61 faizi Böyük Britaniyanı seçib. “Chevening” proqramına gəlincə, onun imkanlarının genişləndirilməsi nəzərdən keçirilir və gələn il bu proqram çərçivəsində tam maliyyələşdirilən tələbələrin sayı builkindən bir qədər çox olacaq. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən bəri həyata keçirilən çox mühüm proqramdır.

Səfir bildirib ki, sülh prosesi olduqca vacibdir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region və daha geniş mənada dünya üçün əhəmiyyətlidir. Bütün sülh sazişlərində olduğu kimi, bu proses də ikitərəfli qaydada həyata keçirilməlidir. Azərbaycanın və Ermənistanın bunu əsasən öz aralarında, dostlarının dəstəyi ilə həyata keçirməsi düzgün yanaşmadır. Böyük Britaniya bacardığı qədər kömək etməyə və bu prosesi dəstəkləməyə çox maraqlıdır.

"Mən Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını və daha sonra bu tərəfdaşlığın real nəticələr verməsini görmək istəyirəm. Daha sıx əməkdaşlıq etməyimizi, daha böyük nailiyyətlər əldə etməyimizi, investisiya, ticarət və kommersiya əlaqələrimizi gücləndirməyimizi arzulayıram. Həmçinin bütün dünyada hamımıza təsir edən məsələlərdə daha yaxından əməkdaşlıq etmək istəyirik. Son 35 ildə olduğu kimi, bundan sonra da yaxın tərəfdaş olmağımızı, qarşıdakı 35 il üçün isə daha sıx tərəfdaşlığın əsasını qoymağımızı istəyirəm", - deyə D.Norman əlavə edib.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri