Bu cür uyğunsuzluqlar son nəticədə sürücü ilə sərnişin arasında narazılıq yaradır Mütəxəssis rəyi
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bəzi hallarda taksi tətbiqlərində sürücünün sifariş məntəqəsinə çatma müddəti ilə sərnişinə göstərilən vaxt arasında ciddi fərq yaranır".
Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov 525.az-a bildirib. Ekspert qeyd edib ki, tətbiq sürücüyə real vəziyyəti əks etdirən məlumat təqdim etdiyi halda, sərnişinə daha qısa müddət göstərilir. Məsələn, sürücü sifariş ünvanına 15 dəqiqəyə çatacağını görür, lakin eyni vaxtda sərnişinin tətbiqində avtomobilin cəmi 5 dəqiqə sonra onun yanında olacağı qeyd edilir.
Bu cür uyğunsuzluqlar son nəticədə sürücü ilə sərnişin arasında narazılıq yaradır. Çünki sərnişin tətbiqdə göstərilən vaxta əsasən gözlənti formalaşdırır, avtomobil gecikdikdə isə məsuliyyəti sürücünün üzərinə qoyur.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















