Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Avropanın bir sıra ölkələrində bomba təhdidləri səbəbindən azı 11 aviareysin hərəkətində fasilələr yaranıb.
"Associated Press"-in məlumatına görə, bir neçə sərnişin təyyarəsi istiqamətini dəyişərək başqa hava limanlarına yönləndirilib və ya məcburi eniş edib.
Bomba təhdidləri ilə əlaqədar Dublin, Kopenhagen, Helsinki, Madrid, Milan və Varşavadan həyata keçirilən reyslər də daxil olmaqla bir sıra uçuşlar təsirlənib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarələrdə aparılan yoxlamalar zamanı partlayıcı qurğular aşkarlanmayıb. Təhdidlərin mənbəyi və onların arxasında kimin dayandığı hələlik məlum deyil.
Hadisələrlə bağlı Avropa ölkələrinin müvafiq təhlükəsizlik və aviasiya qurumları araşdırma aparır.
///apa.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 Noyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















