Bu məşqlər qarın piyini əridir: Bel incəlir, çəki azalır FOTO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə metodiki tövsiyələrdə bildirilir.
Mütəxəssislərin sözlərinə görə, HIIT məşqləri digər metodlarla müqayisədə orqanizmin funksional vəziyyətinin və maddələr mübadiləsinin yaxşılaşdırılması baxımından üstünlüklərə malikdir.
Araşdırmaların meta-analizi göstərib ki, yüksək intensivlikli interval məşqləri bel çevrəsini və bədən çəkisini azaltmaqla yanaşı, qanda trigliserid və qlükozanın səviyyəsini aşağı salır, həmçinin orqanizmin maksimal oksigen qəbulunu yaxşılaşdırır.
Bədən kütlə indeksinin və çəkisinin azaldılması üçün isə orta intensivlikli fasiləsiz aerobik məşqlər daha münasib hesab olunur. Bununla yanaşı, əzələ kütləsinin qorunması və maddələr mübadiləsinin sürətli qalması üçün güc məşqləri də vacibdir.
Mütəxəssislər ən yaxşı nəticə üçün hər iki fiziki aktivlik növünün birləşdirilməsini tövsiyə ediblər.
40 yaşdan yuxarı şəxslərin isə xüsusi ehtiyatlı olması vurğulanıb. Bu yaşda ürək-tənəffüs ehtiyatı azaldığından isinmə müddəti uzadılmalı, tullanma və zərbə xarakterli hərəkətlərdən imtina edilməlidir. Klassik HIIT əvəzinə daha uzun istirahət fasilələri olan, aşağı zərbəli interval məşqlərinə üstünlük verilməsi tövsiyə olunur.
Məşq zamanı, eləcə də məşqdən əvvəl və sonra arterial təzyiqə nəzarət etmək vacibdir.

Baxış sayı:143
Bu xəbər 03 Sentyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















