Icma.az
close
up
RU
Bu ölkədə bir gündə 11 nəfər ölüm cəzasına məhkum edildi 1,1 milyard dollarlıq iş

Bu ölkədə bir gündə 11 nəfər ölüm cəzasına məhkum edildi 1,1 milyard dollarlıq iş

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vyetnamın Ho Şi Min şəhərində məhkəmə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkənin ən böyük işlərindən biri üzrə 11 nəfərə ölüm, 19 nəfərə isə ömürlük həbs cəzası verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "VnExpress" yazıb.

Ho Şi Min şəhəri Xalq Məhkəməsi sentyabrın 3-də VN10 işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 11 nəfər barəsində ölüm hökmü çıxarıb. Bu, Vyetnam hakimiyyət orqanlarının dağıtdığını bildirdiyi ən böyük narkotik şəbəkələrindən biri hesab olunur.

Şəbəkənin rəhbəri kimi tanınan 52 yaşlı Ha Dan Nam, Nge An əyalətinin sakini, təqsirli bilinib və əlavə olaraq 100 milyon vyetnam donqu (3 800 dollar) məbləğində cərimələnib. O, heç vaxt saxlanılmadığı üçün məhkəmədə qiyabi mühakimə olunub. Nam hazırda barəsində həbs qərarı çıxarılan dörd təqsirləndirilən şəxsdən biridir.

Ölüm cəzasına məhkum edilən digər 10 nəfərin hər biri 50-100 milyon donq məbləğində cərimələnib.

Daha 19 təqsirləndirilən şəxs ömürlük həbs cəzası alıb. Onların arasında Nge An əyalətindən olan 39 yaşlı Hoanq Şi Tanq və onun yeznəsi Bui Van An da var. Onlar şəbəkənin əsas anbarını idarə etməkdə və narkotik vasitələrin qanunsuz daşınmasında təqsirli biliniblər.

Vyetnamın yenilənmiş Cinayət Məcəlləsinə əsasən, 2025-ci il iyulun 1-dən narkotik vasitələrin qanunsuz daşınmasına görə ölüm cəzası ləğv edilib və bu cinayət üçün ən ağır cəza ömürlük həbsdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə isə ölüm hökmü hələ də tətbiq oluna bilər.

Əsl adı Nquyen Trung Hieu olan müğənni Chi Dan narkotik vasitələrin qanunsuz istifadəsinin təşkilinə görə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Xeyriyyə fəaliyyəti ilə tanınan sosial media siması Nquyen Do Truk Fuonq da eyni ittiham üzrə altı il həbs cəzası alıb.

Vyetnamda An Tay adı ilə fəaliyyət göstərən ispaniyalı model Andrea Aybar Karmona isə narkotik vasitələrin qanunsuz istifadəsinin təşkilinə görə yeddi il, narkotik vasitə saxlamağa görə isə bir il olmaqla ümumilikdə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qalan təqsirləndirilən şəxslər 18 ay müddətinə şərti cəzadan 29 ilədək müxtəlif həbs cəzaları alıblar.

İttiham aktında səkkiz növ cinayət əməlinə dair ittiham yer alıb. Bunlara narkotik vasitələrin saxlanması və istifadəsi, saxta sənədlərdən istifadə, cinayət barədə məlumat verməmək, cinayəti gizlətmək və əmlakın qanunsuz mənimsənilməsi də daxildir.

Təqsirləndirilən şəxslərin əksəriyyəti təqsirlərini etiraf edərək peşman olduqlarını bildiriblər. Nam, qiyabi mühakimə olunan digər üç şəxs və Vu Hai An isə təqsirlərini rədd ediblər.

Məhkəmə prosesi avqustun 17-də məhkəmənin cinayət işləri üzrə kollegiyasının rəhbəri Vu Tan Lamın sədrliyi ilə başlayıb. Prosesdə altı prokuror və 120-dən çox müdafiə vəkili iştirak edib. İttiham aktının həcmi 350 səhifədən çox olub.

Prosesin bir hissəsi təqsirləndirilən şəxslərin əksəriyyətinin saxlanıldığı Şi Hoa təcridxanası ilə videobağlantı vasitəsilə keçirilib. Məhkəmə prosesi nəzərdə tutulduğundan doqquz gün əvvəl başa çatıb.

Məhkəmə heyəti istintaq materiallarında, o cümlədən dindirmələrin vaxtı və keçirildiyi yerlərin qeydiyyatında müəyyən uyğunsuzluqlar olduğunu qəbul edib. Lakin hakimlər bu çatışmazlıqların işin mahiyyətinə təsir göstərmədiyi qənaətinə gəliblər.

Diş məcunu qutularında gizlədilən narkotiklər

2023-cü ilin yanvar ayının əvvəlində Nam öz doğma əyalətindən olan sürücü Tanqı xaricdən gələn bağlamaları qəbul etmək üçün işə götürüb. Narkotik vasitələr diş məcunu qutularının içərisində gizlədilir və digər istehlak malları arasında yerləşdirilirdi.

Tanq daha sonra bağlamaları qəbul edib çatdırmaq üçün yeznəsi Bui Van Anı işə cəlb edib.

2023-cü ilin martında narkotik vasitələr ələ keçirilənədək altı bağlama Tanqın Donq Nai əyalətindəki məntəqəsinə çatdırılıb.

Tanq narkotikləri bölüşdürərək Bui Van Anı Ho Şi Min şəhərində və keçmiş Binh Duonq əyalətindəki distribüterlərə çatdırmağa yönləndirib. Kuryerlərə hər səfər üçün 6-50 milyon donq (230-1 900 dollar) ödənilib.

Nam həmçinin beynəlxalq ekspress çatdırılma xidmətindən istifadə edərək narkotik vasitələri Vyetnama gətirib. O, bağlamaları Fransadan Hanoya göndərərək daha sonra müxtəlif ünvanlara paylanmasını təşkil edib.

O, əldə edilən pulların dövriyyəsini oğlunun adına açılmış bank hesabı vasitəsilə həyata keçirib. Səs analizi və digər təqsirləndirilən şəxslərin ifadələri, Namın ittihamları rədd etməsinə baxmayaraq, göstərişləri verən şəxsin məhz o olduğunu müəyyənləşdirməyə imkan verib.

Ölüm cəzasına məhkum edilən şəxslərdən biri olan Nquyen Huy Hoanq Namın tədarük etdiyi böyük həcmdə narkotik vasitələrin paylanması və satışını həyata keçirən qruplaşmaya rəhbərlik edib.

Məhkəmənin müəyyənləşdirdiyinə görə, narkotik vasitələr gündəlik istifadə olunan malların içərisində gizlədilir, yükdaşıma və kuryer xidmətləri vasitəsilə daşınırdı.

Qruplaşma üzvləri şifrələnmiş mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlayır, ödənişləri isə başqa şəxslərin adına açılmış bank hesabları üzərindən həyata keçirirdilər.

Dörd çamadandan 1,1 milyard dollarlıq şəbəkəyə

2023-cü il martın 16-da səhər saatlarında Tan Son Nhat hava limanında gömrük əməkdaşları Parisdən gələn "Vietnam Airlines" aviaşirkətinin VN10 reysinin baqajını skan edərkən şübhəli vəziyyət aşkar ediblər.

Dörd stüardessanın çamadanlarında 327 ədəd diş məcunu tubu tapılıb. Onlardan 157-sinin içərisində 8,3 kiloqram MDMA və təxminən 3 kiloqram ketamin olub.

Stüardessalar Fransadan Vyetnama təxminən 60 kiloqram istehlak malı gətirməyə razılaşıblar. Bunun müqabilində onlara hər kiloqrama görə 6,5 avro (7,40 dollar) ödənilməli idi.

İstintaq stüardessaların Nam və Tanqla əlaqəsinin olmadığını və diş məcunu tublarının içərisində nə olduğunu bilmədiklərini müəyyənləşdirib. Buna görə də onların barəsində cinayət təqibinin başlanması üçün əsas olmadığı qənaətinə gəlinib.

Ho Şi Min şəhərinin polisi sonrakı istintaqa reysin nömrəsini kod adı kimi verib.

Polis VN10 işini ölkə tarixində ən böyük narkotik işi kimi qiymətləndirir. İstintaq zamanı təxminən 500 filial və yarımfilial vasitəsilə 34 əyalət və şəhərdə həyata keçirilən, ümumi dəyəri təxminən 29 trilyon donq (1,1 milyard dollar) olan maliyyə əməliyyatlarının izinə düşülüb.

Əməliyyatlar çərçivəsində təxminən 600 kiloqram narkotik vasitə, 12 odlu silah, 67 patron və üç qumbara müsadirə edilib.

İstintaqın nəticəsində 477 ayrı iş üzrə 2 700-dən çox şəxsin adı təqsirləndirilən şəxs kimi hallanıb. Sentyabrın 3-də çıxarılan hökm onların 227-si ilə bağlı olub.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see371

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see344

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see344

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see320

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see315

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see247

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see238

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see238

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see209

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see205

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see204

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see192

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see191

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see187

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see183

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see183

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see183

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri