Bu sözləri eşidirsinizsə, telefondakı şəxs KİBERDƏLƏDUZDUR! Mütəxəssisdən XƏBƏRDARLIQ
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiberdələduzlar vətəndaşları tələyə salıb, vəsaitlərini mənimsəmək üçün daha bir hiyləgər üsula əl atıblar. Fırıldaqçılar vətəndaşlara zəng vuraraq, özlərini dövlət orqanlarının əməkdaşı kimi təqdim edirlər. Ardınca, təhlükəsizlik bəhanəsilə pulların başqa hesablara köçürülməsi barədə saxta məlumatlar verilir.
Onların hiylələri yalnız zənglərlə məhdudlaşmır. WhatsApp, Telegram və SMS üzərindən də təhlükəli linklər göndərilir. Keçidə daxil olan şəxs qarşısında rəsmi bank və ya dövlət portallarına bənzədilmiş saxta səhifə ilə qarşılaşır. Orada kart məlumatları yazılan kimi bütün bank hesabı anında dələduzların əlinə keçir. Daxili İşlər Nazirliyi vətəndaşları dövlət qurumlarının adından edilən zəng, göndərilən mesajlara diqqətli yanaşmağa və bank məlumatlarını qarşı tərəfə göndərməməyə çağırıb.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a dövlət qurumlarının rəsmi nümayəndələrini dələduzlardan ayırmağın əsas qaydalarını açıqlayıb:
“Kiberdələduzların sosial mühəndislik üsulları o qədər təkmilləşib ki, rəqəmsal savadlılığı yüksək olan insanlar belə insanlar belə bir anlıq həyəcanlanıb, tələyə düşürlər. Ekranda polis və ya bank nömrəsini görəndə, üstəlik qarşıdakı şəxs çox rəsmi və ciddi tonda danışanda insanın təşvişə düşməsi tamamilə təbiidir. Fırıldaqçılar məhz insanlardakı qorxu hissindən və təcili qərar vermək instinktindən sui-istifadə edirlər. Saxta zəngləri rəsmi müraciətlərdən ayırmağın ən etibarlı yolu sadə bir qaydanı əsas götürməkdir: Heç bir polis, prokuror və ya bank əməkdaşı sizdən telefonla başqa hesaba pul köçürməyinizi istəməz. Onların belə hallar üçün "mərkəzi təhlükəsizlik hesabı" və ya "ehtiyat hesabı" kimi hər hansı qoruyucu mexanizmi mövcud deyil. Əgər telefondakı şəxs sizə "hesabınız təhlükədədir, vəsaitinizi dərhal bu hesaba köçürün" deyirsə, bilin ki, qarşınızdakı şəxs kimliyindən asılı olmayaraq, kiberdələduzdur.
Mütəxəssisin sözlərinə görə, dövlət qurumlarının əməkdaşları heç vaxt vətəndaşlardan kartın arxasındakı 3 rəqəmli kodu və ya telefona gələn SMS kodunun şifrəsini tələb etmir:
“Belə bir zəng gəldikdə özünüzü qorumaq üçün atacağınız ən düzgün addım heç bir izahat vermədən zəngi kəsməkdir. Nə qədər təzyiq göstərsələr də, təmkinli olun. Dəstəyi asdıqdan sonra həmin bankın və ya qurumun rəsmi saytındakı nömrəyə özünüz zəng edin və "Mənə belə bir zəng gəlmişdi, bu doğrudurmu?" deyə soruşun. Əgər artıq məlumat verdiyinizi və ya zərər çəkdiyinizi hiss etsəniz, vaxt itirmədən bankınızla əlaqə saxlayıb, kartı bloka salın və DİN-in "102" Xidmətinə məlumat verin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Sentyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















