Bütün titulları qazanmaq və bu məsələdə acgöz olmaq istəyirəm
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Harri Maquayr “Mançester Yunayted”dəki karyerasını dəyərləndirib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi öz açıqlamasında bunları qeyd edib:
“Uşaq vaxtı bu klubda heç olmasa bir mövsüm keçirmək belə mənim üçün arzunun gerçəkləşməsi olardı. Buna görə də burada səkkizinci mövsümümə başlamağım məni həqiqətən qürurlandırır.
Məsələ məndə deyil, amma karyeramın bu mərhələsində uğurlu və qalib gələn komandanın bir parçası olmaq istəyirəm. Bu mövsüm bütün futbolçular üçün məqsəd məhz bu olmalıdır – hər turnirdə mövsümün sonuna qədər mübarizə aparmaq istəyirik.
Ötən mövsümlə müqayisədə daha yaxşı olmaq istəyirik. Əlbəttə, hamı Premyer Liqanı qazanmaq istəyir və bu, bizim də əsas məqsədimiz olacaq. Klubumuzda da məhz bu tələb olunur. İnanırıq ki, həqiqətən rəqabətədavamlı ola bilərik və yaxşı günümüzdə istənilən komandaya qalib gələ bilərik. Qarşıda bizi həyəcanverici mövsüm gözləyir.
Artıq elə yaşdayam ki, kluba istənilən qədər futbolçu, hətta ən yaxşı oyunçuları gətirə bilərlər... Mən bütün titulları qazanmaq və bu məsələdə acgöz olmaq istəyirəm, amma hər şey klubdan asılıdır. Əminəm ki, klub düzgün futbolçuların transferi üzərində səylə çalışır. Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Heyət nə qədər güclü olsa, bu titulları qazanmaq üçün imkanlarımız da bir o qədər çox olar. Klubda oynayarkən əsas məsələ də məhz budur”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Avqust 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















