Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb.
Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozun da olduğu 3 şübhəli saxlanılıb və Ç.Bozun test nəticəsi pozitiv çıxıb. Polisdəki prosedurların ardından məhkəməyə göndərilən şübhəlilərdən Emek Emre və Ünal Demir həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Çağla Boz isə ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıb. Məhkəmə-Tibb Ekspertizası Qurumuna qan, saç və sidik nümunələri təqdim edən Bozun narkotik testi ilə bağlı nəticələr də açıqlanıb. "Burak Doğan”ın xəbərinə görə, aktrisanın narkotik testi müsbət nəticə verib. Onun saç nümunəsində kokain maddəsinin aşkarlandığı bildirilib. Bundan başqa, İstanbul İl Jandarma Komandanlığı əməkdaşlarının Çağla Bozun evində apardığı axtarış zamanı həssas tərəzi də aşkarlanıb. 1999-cu il təvəllüdlü Çağla Boz karyerasına moda sahəsində başlayıb. O, 2019-cu ildə Nyu-York Moda Həftəsində podiuma çıxıb.
///sfera.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:320
Bu xəbər 04 Oktyabr 2026 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















