“Canadian Open”də favorit tennisçilər mübarizəni erkən dayandırıblar
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kanadanın Monreal şəhərində keçirilən ATP Masters seriyalı “Canadian Open”də ikinci turun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın bir nömrəli favoriti, Almaniya təmsilçisi Aleksander Zverev turnirlə erkən vidalaşıb. O, ilk görüşündə Niderland tennisçisi Tallon Qrikspora 1:2 (7:6, 2:6, 4:6) hesabı ilə məğlub olub. Uimbldondan sonra ilk rəsmi qarşılaşmasına çıxan Zverev yalnız birinci setdə üstünlük qazana bilib.
İkinci turda mübarizəni dayandıran digər tanınmış tennisçi isə rusiyalı Daniil Medvedev olub. O, Niderland təmsilçisi Botik van de Zandsxulpa hər iki setdə məğlub olaraq 0:2 (3:6, 6:7) hesabı ilə turnirlə vidalaşıb.
Vaşinqtondakı turnirin qalibi Teylor Frists də Kanadada uğursuz çıxış edib. ABŞ tennisçisi argentinalı Tiaqo Aqustin Tiranteyə 0:2 (5:7, 3:6) hesabı ilə uduzub.
Əsas mərhələyə təsnifat oyunlarından yüksələn yunanıstanlı Stefanos Tsitsipas da növbəti mərhələyə adlaya bilməyib. Keçmiş dünya üçüncüsü braziliyalı Joao Fonsekaya 0:2 (6:7, 5:7) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Baxış sayı:77
Bu xəbər 06 Avqust 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















