Cavab matçına rahat çıxmayacağıq Sabah ın Çempionlar Liqasındakı ilk qolunun müəllifi
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Sabah"ın futbolçusu, Çempionlar Liqası turnirində ilk qolunun müəllifi Velko Şimiç Sportal.az saytına açıqlama verib.
O, TNS ilə görüşdə qazandıqları qələbəni şərh edib:
"Yaxşı futbol oynadıq. Oyunda ilk dəqiqələrdən dominantlıq etdik, yaxşı start götürdük. Təbii ki, qolu daha erkən vura bilərdik. Amma alınmadı. Hər halda, sonradan qollarımızı vuraraq vacib qalibiyyət əldə etdik. Cavab matçı öncəsi yaxşı qələbə oldu. Cavab matçına rahat çıxmayacağıq. Çünki söhbət Çempionlar Liqasındakı oyundan gedir. Burada bütün rəqiblər güclüdür. Biz tam olaraq cavab görüşünə fokuslanacağıq. Səfər görüşünə də maksimum dərəcədə ciddi yanaşırıq".
Təcrübəli futbolçu komandasının ÇL-dəki şanslarınızdan da bəhs edib: "Təbii ki, qarşımızda uzun yol var. Lakin biz indiki məqamda bütün diqqətimizi Uelsdə keçirəcəyimiz cavab oyununa yönəltmişik. O görüşdə də qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanmağı istəyirik. Məhz bu mərhələni adladıqdan sonra vəziyyət haqda danışmaq olar. Mən öz komandama sonuna qədər inanıram, biz meydanda yaxşı futbol sərgiləyirik. Biz addım-addım irəliləmək istəyirik".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 İyul 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















