Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəbrayıl, 4 oktyabr, AZƏRTAC
Cəbrayıl Şəhəri Günü çərçivəsində oktyabrın 4-də uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin foyesində təşkil olunan tədbirdə azyaşlılar təsviri sənətin müxtəlif istiqamətləri üzrə praktiki məşğələlərdə iştirak ediblər.
Ustad dərsləri zamanı uşaqlar kətan üzərində yaradıcılıq nümunələri hazırlayıb, müxtəlif rəsmlər çəkiblər.
Tədbirin əsas məqsədi uşaqların təsviri sənətə marağının artırılması, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və sərbəst yaradıcılıq imkanlarının təşviqi olub.
Müxbir-Aydın Yavərzadə
Bu mövzuda digər xəbərlər:Cəbrayıl şəhərində məktəblilərin bayram sevinci
31 Dekabr 2025 03:12
Cəbrayıl şəhərində bayram konserti keçirilib
05 Oktyabr 2026 00:59
Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib AZƏRTAC
30 Dekabr 2024 11:21
Cəbrayıl şəhərində Zəfər Günü qeyd olundu
08 Noyabr 2024 20:34
Cəbrayıl şəhərində balacaların 1 İyun sevinci FOTOLAR
04 İyun 2025 15:12
Baxış sayı:79
Bu xəbər 04 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















