Icma.az
close
up
RU
Cəbrayılın gələcək inkişafında iqtisadi potensialın reallaşdırılması da mühüm yer tutur Millət vəkili

Cəbrayılın gələcək inkişafında iqtisadi potensialın reallaşdırılması da mühüm yer tutur Millət vəkili

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının tarixində böyük qürur və Zəfər hissi ilə qeyd olunan əlamətdar günlərdəndir. 2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi 27 illik həsrətə son qoydu. Bu Zəfər Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının və ərazi bütövlüyümüzün bərpası yolunda mühüm mərhələ oldu. Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də işğal olunması nəticəsində şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu, on minlərlə soydaşımız doğma yurdlarından məcburi köçkün düşdü. İşğal illərində Ermənistan tərəfindən həyata keçirilən vandalizm nəticəsində məscidlər, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni irs nümunələri dağıdıldı. Bu yaşayış məntəqələri ilə yanaşı, həmdə xalqımızın çoxəsrlik tarixi yaddaşının məhv edilməsinə yönəlmiş siyasətin göstəricisi idi".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,  2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində əldə olunan uğurlar Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və peşəkarlığını bir daha nümayiş etdirdi. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərinin azad olunması hərbi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün mühüm imkanlar yaratdı və Zəngilan, Qubadlı, Laçın istiqamətində əldə olunan uğurların əsasını möhkəmləndirdi:

"Cəbrayıl Zəfərinin ən yaddaqalan rəmzlərindən biri isə Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Xudafərində üçrəngli bayrağımızı ucaltması tarixi ədalətin bərpasının, milli iradənin və dövlətimizin ərazi bütövlüyünün təntənəsinin simvoluna çevrildi. Bu gün Cəbrayıl haqqında danışarkən hərbi Zəfərlə yanaşı, həmdə quruculuq və inkişaf mərhələsindən də danışırıq. Çünki işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında burada müasir yaşayış məhəllələri, sosial obyektlər, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində aparılan quruculuq işləri də insanların doğma torpaqlarına müasir və rahat şəraitdə qayıdışına hesablanıb. Cəbrayılın gələcək inkişafında iqtisadi potensialın reallaşdırılması da mühüm yer tutur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı rayonun sənaye, logistika və ticarət imkanlarını genişləndirəcək, Cəbrayılın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında daha fəal rol oynamasına şərait yaradacaq. Enerji sahəsində həyata keçirilən layihələr də Cəbrayılın gələcək inkişaf modelinin mühüm tərkib hissəsidir. Yeni enerji infrastrukturunun yaradılması və günəş elektrik stansiyalarının qurulması rayonun Azərbaycanın yaşıl enerji siyasətində mühüm mövqeyə malik olmasını təmin edir. Amma bütün bu layihələrin içərisində ən böyük və ən mühüm nəticə insanların doğma torpaqlarına qayıtmasıdır. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması Böyük Qayıdış tarixində mühüm hadisə oldu. Bu gün Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində artıq keçmiş məcburi köçkünlər öz doğma yurdlarında yaşayırlar. Bu qayıdış uzun illər boyu xalqımızın qəlbində yaşatdığı arzunun gerçəkləşməsidir. Cəbrayılın yenidən qurulması, insanların öz evlərinə qayıtması və burada yeni həyatın başlaması cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin ən real və əyani nəticələrindəndir. Hesab edirəm ki, Cəbrayıl yaxın illərdə Azərbaycanın ən müasir, abad və dinamik inkişaf edən şəhər və rayonlarından birinə çevriləcək. Bu gün burada aparılan quruculuq işləri bir həqiqəti aydın göstərir: biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq.  4 Oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə bütün Cəbrayıl sakinlərini və xalqımızı ürəkdən təbrik edirəm. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Oktyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri