Cənubi Koreya Futbol Federasiyasının ofislərində polis axtarışı
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya futbolunda milli komandanın baş məşqçi təyinatı ilə bağlı qalmaqal yenidən gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, ölkə polisi Cənubi Koreya Futbol Federasiyasının Seul və Çeonan şəhərlərində yerləşən ofislərində axtarış aparıb.
Əməliyyat zamanı sənədlər və rəqəmsal məlumatlar götürülüb. İstintaq milli komandanın keçmiş baş məşqçisi Hon Myon Bonun 2024-cü ildə vəzifəyə təyin olunması prosesində mümkün qanun pozuntuları ilə bağlıdır.
Hüquq-mühafizə orqanları federasiyanın bəzi yüksəkvəzifəli şəxslərinin məşqçi seçimində müəyyən edilmiş prosedurlara müdaxilə edib-etmədiyini araşdırır.
Hon Myon Bonun təyinatı iki il əvvəl də ölkədə ciddi narazılıq yaratmışdı. Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi apardığı yoxlamadan sonra seçim prosesində prosedur pozuntularının olduğunu açıqlamışdı.
Federasiya isə həmin dövrdə baş məşqçinin təyinatının qüvvədə qalacağını bildirmişdi.
Qeyd edək ki, Cənubi Koreya millisi DÇ-2026-dakı uğursuz çıxışından sonra Hon Myon Bo ilə yollarını ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 Avqust 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















