Icma.az
close
up
AZ
Menu

Минобороны России может утилизировать единственный авианосец

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

Сирия идет против Хезболлы неожиданный поворот

Во Франции против соцсети Маска возбудили уголовное дело

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

Пашинян собрал соратников в Горисе

ЕК уговаривает Словакию одобрить санкции против России

Грузия не пускает грузовики со сжиженным газом для Армении

Жительница Азербайджана скончалась после инъекции

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

Взрывы в Киеве

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

Nuclear power stages comeback in global energy outlook OPEC

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

Cənubi Qafqazda “qırıcı qarşıdurması” Bakı və İslamabad İrəvan Dehli Paris triosuna qarşı

Cənubi Qafqazda “qırıcı qarşıdurması” Bakı və İslamabad İrəvan Dehli Paris triosuna qarşı

По данным сайта Day.az, передает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Cənubi Qafqazın hava məkanı uğrunda rəqabət sürətlənir. Azərbaycanla Pakistan arasında imzalanmış 4,6 milyard dollarlıq JF-17 Block III döyüş təyyarələrinin 40 ədədlik alqı-satqı sazişi və Ermənistanın Hindistandan Su-30MKI təyyarələri əldə etməyə çalışması təkcə paralel hərbi texnika müqaviləsi deyil.

Bu, bölgədə yeni mərhələyə adlayan siyasi-hərbi qarşıdurmanın təzahürüdür. Rusiya regiondakı təsirini itirdikcə, hava üstünlüyü həm silahlanma yarışının həlledici elementi, həm də Bakı və İrəvanın yeni xarici siyasət kimliyinin simvoluna çevrilir.

Taktiki-texniki baxımdan müqayisə apardıqda, Su-30MKI - Hindistan Hərbi Hava Qüvvələrinin tələblərinə uyğunlaşdırılmış, iki oturacaqlı, ağır, 4++ nəsil döyüş təyyarəsidir.

Təyyarə N011M Bars radarı və perspektivdə Uttam AESA radarı, radioelektron mübarizə kompleksi, çoxfunksiyalı avionika, optik-elektron sistem və uzun mənzilli "Astra Mk2" raketləri ilə silahlanmışdır. Həmçinin "BrahMos" tipli raketlərlə təchiz edilə bilər. 3000 km radiuslu uçuş məsafəsi və 8 tona qədər döyüş yükü daşıma imkanı var.

JF-17 Block III isə Pakistanda Çin texnologiyası əsasında yığılmış, yüngül çəkili, biroturacaqlı döyüş-bombardman təyyarəsidir. "KLJ-7A AESA" radarı, effektiv radioelektron müdafiə sistemi, tam rəqəmsal kabin, dəbilqəyə inteqrasiya olunmuş nişangah və 200 km məsafəyə qədər çatan PL-15 raketləri ilə təchiz olunmuşdur. Təyyarənin döyüş yükü 4 tona, uçuş radiusu isə 1200 km-ə yaxındır. Mühərriki - sovet mənşəli RD-33-ün modifikasiyası olan RD-93M-dir.

JF-17 Block III-nin üstünlükləri aşağı qiyməti (təxminən 30-35 milyon dollar), asan və sadə texniki xidməti, Türkiyə və Pakistan silah sistemləri ilə uyğunluğu və ixrac üçün geniş potensialıdır.

Su-30MKI isə uzun mənzilli döyüş əməliyyatları, ağır döyüş yükü, aşağı sürətlə yüksək manevr qabiliyyəti və modernləşdirmə perspektivi ("Super Su") ilə seçilir.

Fəqət JF-17 ağır silah və rəqibin güclü hava hücuumndan müdafiə sistemi şəraitində zərbə imkanlarında məhdudiyyətə malikdir, Su-30MKI isə yüksək qiyməti, mürəkkəb logistikası və geniş infrastruktur tələb etməsi ilə fərqlənir.

Ermənistanın Hindistan istehsalı olan Su-30MKI-yə üstünlük verməsinin əsas səbəbi Rusiya ilə hərbi-texniki əməkdaşlığın iflasa uğraması və Moskvanın müasir komplekslər verməkdən imtinasıdır.

Hindistan belə vəziyyətdə ermənilər üçün daha stabil və neytral tərəfdaş kimi çıxış edir.

Dehlinin Cənubi Qafqaz münaqişəsində neytrallığı, HAL şirkətinin platformanı Ermənistanın ehtiyaclarına uyğunlaşdırmaq hazırlığı və Ermənistanın Rusiya istehsalı olan Su-30SM-lə baza uyğunluğunun mövcudluğu bu seçimi əsaslandırır. Üstəlik, Hindistan artıq Ermənistana "Akash-1S" hava hücumundan müdafiə sistemləri, "Pinaka" yaylım atəşi reaktiv sistemləri, pilotsuz uçuş aparatları və uzaqmənzilli "Pralay" raketləri də vermişdir. Su-30MKI müqaviləsi bu hərbi-texniki ittifaqın dərinləşməsinin növbəti addımıdır.

Azərbaycanın JF-17 Block III-lə bağlı müqaviləsi isə Cənubi Qafqazda hava qüvvələri tarazlığını kökündən dəyişir.

40 yeni təyyarə parkı praktiki olaraq yeni bir taktiki aviasiya strukturunun formalaşmasına səbəb olacaq.

Beləliklə, Azərbaycanın Hərbi Hava Qüvvələri təkcə say baxımından deyil, texnologiya baxımından da Ermənistanınkını qabaqlayacaq.

Bu təyyarələr Türkiyə istehsalı olan Bayraktar Akinci PUA-ları, SOM qanadlı raketləri və KGK dəstləri ilə tam inteqrasiya olunaraq zərbə imkanlarını vahid bir sistemə çevirəcək. Ermənistan isə Su-30MKI və modernləşdirilmiş Su-30SM-lər əsasında ağır aviasiya nüvəsi yaratmağa çalışır və bu, keyfiyyətin kəmiyyətə qarşı qoyulması kimi asimmetrik yanaşmanı xatırladır.

Amma bu hələlik daha çox niyyət bəyanatı xarakteri daşıyır və real hərbi gücə çevrilməkdən uzaqdır.

Pakistan və Azərbaycan arasında hərbi əməkdaşlıq əsasən islami həmrəylik və birgə təlimlərə əsaslanır. JF-17 təyyarələrinin təchizatı isə İslamabadı Cənubi Qafqazın strateji düsturunun birbaşa iştirakçısına çevirir.

Məzkur prosesdə Çin dolayı şəkildə arxitektura rolunu oynayır - komponent və texnologiyalar məhz Pekin tərəfindən təqdim olunur. Digər tərəfdə isə Ermənistanla Hindistan arasında yaranan yeni hərbi ittifaq dayanır. Bu alyans, Ermənistanın Rusiya ilə münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda formalaşmışdır. Hindistan İrəvanı Pakistanın artan təsirinə qarşı əksçəki vasitəsi kimi görür, eyni zamanda HAL şirkətinin ixrac portfelini artırmağa və Dehlinin hərbi-sənaye müstəqilliyini gücləndirməyə imkan yaradır.

Bu kimi tərəfdaşlıq yerdəyişmələri Cənubi Qafqazda geosiyasi parçalanmanı dərinləşdirir və xüsusilə İran-Pakistan gərginliyi və Türkiyənin hərbi doktrinası kontekstində ixrac maraqlarının toqquşması riskini artırır.

Dassault Rafale döyüş təyyarəsinin Ermənistana satılması isə real perspektiv deyil. Hərçənd Fransa ilə Ermənistan arasında hərbi-diplomatik yaxınlaşma, o cümlədən CAESAR özüyeriyən artilleriya sistemlərinin verilməsi və strateji tərəfdaşlığa dair bəyanatlar müşahidə olunur, "Dassault Rafale" qırıcısı reallıqdan daha çox siyasi simvol kimi çıxış edir.

Birincisi, bu təyyarənin bir ədədinin satış qiyməti 100-120 milyon dollar arası dəyişir, üstəlik silahlar və təlimlərlə birlikdə xərclər qat-qat artır.

İkincisi, xüsusi infrastruktur - angarlar, texniki heyət, rabitə sistemləri və təchizat xətləri tələb olunur.

Üçüncüsü, bu cür birbaşa döyüş aviasiyası tədarükü Azərbaycana qarşı mümkün eskalasiyanı, Türkiyə ilə açıq qarşıdurmanı və Rusiyanın təzyiqini doğura bilər.

Nəhayət, texniki baxımdan da şübhələr qalır: Çin və Pakistan mənbələrinin yaydığı məlumatlara görə, "Dassault Rafale" Pakistanın J-10CE təyyarələri ilə hava döyüşündə məğlub olublar. Həmçinin, bu təyyarənin Cənubi Qafqaz kimi mürəkkəb hava hücumundan müdafiə sistemlərli şəraitində real döyüş təcrübəsi yoxdur.

Hazırda Ermənistanda yalnız 2019-cu ildə Rusiyadan alınmış 4 ədəd Su-30SM mövcuddur. Bu təyyarələr nə uzun mənzilli "hava-hava" raketləri ilə silahlanıb, nə də 2020-ci ildə real döyüşlərdə fəal şəkildə istifadə olunub.

Amma Hindistanın iştirakı ilə modernləşmə potensialı var. Avionika və radioelektron müdafiə sistemlərinin Hindistan modulları ilə əvəzlənməsi, Astra Mk1 və Mk2 raketlərinin inteqrasiyası, HAL istehsalı bombalarla silahlanma, "şüşə kabinə" texnologiyasının tətbiqi və proqram təminatının yenilənməsi mümkündür.

Əgər HAL bu modernləşməyə cəlb olunarsa, bu, gələcəkdə Su-30MKI-lərlə operativ uyğunluq, texniki xidmət xərclərinin azalması və təmir sahəsində əməkdaşlıq imkanları yaradacaq.

Azərbaycanda aviasiya sahəsindəki say və keyfiyyət üstünlüyü fonunda Ermənistanın hava hücumundan müdafiə sistemi (HHM) onun müdafiəsinin həlledici elementinə çevrilir. 2025-ci ilə olan məlumata görə, əsas komponentlər köhnə S-300PT/PS sistemləri, məhdud imkanlı "Buk-M2", "Osa-AKM" və "Kub" kompleksləridir. Hindistandan alınan "Akash-1S" sistemləri isə 30 km-ə qədər hədəfləri vurmaq imkanına malikdir və qanadlı raketlərə və PUA-lara qarşı effektlidir. Gələcəkdə "Akash-NG" sistemlərinin (70 km-ə qədər) alınması, İranın radar və idarəetmə sistemləri ilə inteqrasiya və Hindistan-İran texnologiyaları əsasında pilləli hava müdafiə sisteminin qurulması planlaşdırılır.

Ermənistan, dərin strateji arxa cəbhəsinin olmaması şəraitində, kəmiyyət üzrə geriliyi keyfiyyətli aşkarlama və perexvat texnologiyaları ilə kompensasiya etməyə çalışır.

Nəhayət, Dehlinin bu prosesdə roluna gəldikdə, Hindistanla hərbi əməkdaşlıq Ermənistan üçün Rusiyadan asılılıqdan çıxmaq yolunda ciddi addımdır. Lakin bu ittifaqın məhdudiyyətləri də mövcuddur.

Hindistan Ermənistanla müqavilə əsasında müttəfiq deyil, hərbi eskalasiyada birbaşa iştirak etməyəcək, Türkiyədən fərqli olaraq bölgədə ekspedisiya qüvvəsinə malik deyil. Bəli, Dehli Su-30SM-ləri modernləşdirə, döyüş təyyarələri və HHM sistemləri sata, kadr hazırlığı və logistik sahədə yardım edə bilər. Amma yeni eskalasiya şəraitində Hindistanın rolu yalnız dolayı çəkindirici faktor ola bilər.

Nəzərə alsaq ki, Azərbaycanın texnoloji üstünlüyü (JF-17 Block III, PUA-lar, SOM qanadlı raketləri), say baxımından açıq fərqi (4 ədəd Su-30SM-ə qarşı 40 ədəd JF-17) və Ermənistanın hərbi zəmanət verən etibarlı müttəfiqlərinin olmaması fonunda yaxın və orta perspektivdə struktur balansın əldə olunması mümkün deyil.

Belə şəraitdə Ermənistanın həyata keçirə biləcəyi yeganə strategiya qeyri-simmetrik müdafiə modelinə əsaslana bilər: HHM və raket qüvvələrinin inkişafı, məhdud sayda, lakin ağır və strateji təyyarələrin (Su-30MKI) alınması, say yox, keyfiyyətə əsaslanan modernləşmə yolu ilə çəkindirmə potensialının formalaşdırılması və diplomatik resursların (Fransa, Avropa İttifaqı, Hindistan) maksimum səfərbər olunması.

Amma bu tədbirlər belə yalnız qismən balans yarada bilər - o da potensial hücumların qarşısını almaq üçün "tərəddüd baryeri" kimi çıxış edər, lakin heç bir halda strateji bərabərlik anlamına gəlməz.

Nəticə etibarilə, Cənubi Qafqazda hazırda müşahidə olunan proses "platformalar savaşı" yox, "proporsiyalar diplomatiyasıdır".

Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlıq yolu ilə Azərbaycanın texnoloji üstünlüyünü neytrallaşdırmağa və Qoşulmama ölkələri ilə siyasi yaxınlaşma fonunda keyfiyyətli silah alışları hesabına yeni balans qurmağa çalışır.

Ancaq Azərbaycan JF-17 döyüş təyyarələri, PUA-lar, HHM sistemləri və radioelektron müharibə imkanlarını inteqrasiya etməklə vahid və əlaqəli zərbə potensialı formalaşdırır və bu halda ən müasir Su-30MKI-lər belə Ermənistan üçün oyun dəyişdirən faktor ola bilməz. Burada real balansı müəyyən edən təkcə texniki platformalar deyil - həm də siyasi iradə, iqtisadi imkanlar və hərbi doktrina ardıcıllığıdır. Bu parametrlər üzrə Azərbaycan hələ də strateji üstünlüyünü qoruyub saxlayır.

Ermənistan üçün tövsiyələr aydındır: hava hücumundan müdafiə və raket qüvvələrinin təkmilləşdirilməsi prioritet olmalıdır; Hindistanın siyasi loyallığı ilə bağlı illüziyalardan imtina edilməlidir; diplomatik və texniki səviyyədə koordinasiyalı şəkildə pilləli müdafiə sistemi formalaşdırılmalıdır; süni paritet modelləri əvəzinə "məntiqli çəkindirmə" strategiyasına keçilməlidir.

Su-30MKI-yə qoyulan ümidlər reallığı dəyişmək üçün deyil, yalnız vaxt qazanmaq üçündür. Cənubi Qafqaz asimmetrik hava qarşıdurmasının yeni dövrünə qədəm qoyur

Ermənistan yalnız dəstək vədlərinə malikdir - gerçəkdə ermənilərin güclənmə şansı hədsiz zəifdir.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:51
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 10 Июня 2025 11:06
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Минобороны России может утилизировать единственный авианосец

11 Июля 2025 17:53see391

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

11 Июля 2025 16:32see355

Сирия идет против Хезболлы неожиданный поворот

11 Июля 2025 18:17see320

Во Франции против соцсети Маска возбудили уголовное дело

11 Июля 2025 20:12see294

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

11 Июля 2025 16:16see277

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

11 Июля 2025 16:47see218

Пашинян собрал соратников в Горисе

12 Июля 2025 10:31see212

ЕК уговаривает Словакию одобрить санкции против России

11 Июля 2025 22:27see202

Грузия не пускает грузовики со сжиженным газом для Армении

12 Июля 2025 01:31see187

Жительница Азербайджана скончалась после инъекции

11 Июля 2025 22:42see177

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

12 Июля 2025 11:25see169

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

11 Июля 2025 17:16see163

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

12 Июля 2025 08:31see156

Взрывы в Киеве

12 Июля 2025 00:44see145

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

11 Июля 2025 19:51see144

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

11 Июля 2025 21:55see143

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

11 Июля 2025 19:45see143

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

11 Июля 2025 16:55see142

Nuclear power stages comeback in global energy outlook OPEC

11 Июля 2025 23:23see142

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

11 Июля 2025 19:56see141
newsПоследние новости
Самые свежие и актуальные события дня